Icma.az
close
up
RU
“Rafet istəyirdi ki, adı mənimlə hallansın”

“Rafet istəyirdi ki, adı mənimlə hallansın”

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Aktrisa Pərvin Abıyeva sənət fəaliyyəti ilə bağlı açıqlama verib.

Adalet.az xəbər verir ki, bu barədə o, jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” proqramında danışıb. 

O bildirib ki, gələn hər təklifi dəyərləndirmir:

“Özümün kriteryalarım var. Gələn hər təklifi dəyərləndirmirəm. Ssenarinin dolğunluğu və çalışacağım insanlar mənim üçün çox önəmlidir. O demək deyil ki, bir insanla küsülüyəmsə, onunla çalışmayacağam. İşlədiyim insanın iş və insani keyfiyyəti vacibdir.Məni çox vaxt kaprizli tanıyırlar. Çox vaxt eşidirəm. Əslində mənimlə çalışan adamlar bilirlər ki, belə deyil. Niyə haqqımda belə iddialar yayıblar bilmirəm. Haqqımda o qədər iddialar var idi. Hansı ki, olmayan şeyləri yazırdılar. Onu elə bəzəyirdilər ki, bəzən özüm inanırdım. Deyirdim ki, bəlkə burada doğrudan da var. Yaxşı fikirləşim, sonradan “zibili çıxmasın”. İnsanı özündən şübhəyə salırdılar. Elə olurdu ki, çimərlikdə günəşlənəndə həmin xəbərləri oxuyurdum, başlığı oxuyub məəttəl qalırdım. Bilirdim ki, heç kim xəbərin içini açıb oxumayacaq. Oxumurdular, şərh yazırdılar. Mən çimərlikdə necə hönkür-hönkür ağlayırdımsa... Haqqımda deyilməyən söz qalmırdı. Guya videomu da çıxardılar. Halbuki mən deyildim. Ona görə nə desələr də, nə etsələr də, məni qıcıqlandırmır. Mənim malımın-mülkümün çəkilib, şəkli ilə xəbər yazılmasını sevmirəm. Hətta rəqəmi ilə qeyd etmələrini... Məni qıcıqlandırır, bununla bağlı da jurnalistlərlə mübahisələrim olub. Çünki olanı-olmayanı var. Əgər üç nəfər “xeyirli olsun” yazırsa, 50 nəfəri də yazacaq ki, haradan alıb? İstər-istəməz insandır nəfsi qala bilər. Sənətimə yenidən ağırlıq vermək istəyirəm. Başqa işlərlə də məşğulam. Özüm film çəkmək barədə düşünürəm. Türkiyədə də çox layihələrim var. Yutubda bir layihəm var idi. Özüm üçün test kimi bir neçə veriliş çəkdim. Maqazin proqramları ilə bağlı aparıcılıq təklifi çox gəlib. Heç birində alınmayıb. Sonuncu təklifdə də dekorda və digər nüanslarda mənim istədiyimin tam əksini etdilər. Alınmadı. Aparıcılıq sevdasından vaz keçmişəm. Məndən qorxurlar. Qiymət məsələsinə görə çəkinirlər. Anlamırlar ki, siz məni tanınmışlığıma görə çəkirsiniz, oradan gələn reytinqdən pul qazanmaq istəyirsiniz. Onda mən də qazanmalıyam axı. Məsəl üçün, mənə 1000-2000, 3000-5000 manat təklif edirlər, razılaşmıramsa, gedib o qiymətə tanınmayan başqa aktrisayla danışırlar. Onun da efekti olmur. Oyun baxımından yox, reklam baxımından efekti olmur. O ki qaldi Türkiyədə fəaliyyətə... Məsələn, Nəsrin Cavadzadənin müsbəti ondadır ki, o, Türkiyədə böyüyüb. Ona orada yaşamaq rahatdır. Mən orada təhsil alanda bir neçə menecerdən təklif gəldi. Sadəcə təklifdə olan bəzi maddələr məni qorxudub. Hansı ki, onların qanunlarıdır. Beş illik müqavilədir, o müddət ərzində onlar nə istəsə, onu etməlisən. Mən də azadlığıma önəm verən insanam. Tez-tez ölkəmə gedib-gəlmək istəyirəm, buna icazə vermirlər. Onların istədiyi kimi həyatını qurmalısan. Türkiyə şou-biznesindəki populyarların həyatının çoxu yalandır. Məsələn, iki məşhur sima guya sevgilidir, lakin əslində belə deyil. Biri digərini məşhur etmək üçün pul alır. Mənə o vaxt demişdilər ki, gəl, səni filankəslə sevgili edək, elə bilsinlər ki, sevgilisiniz. Rafet El Roman deyil, başqası idi. Əslində Rafet özü istəyirdi ki, adı mənimlə hallansın. Mən də söhbətdən elə çıxdım ki, alındıra bilmədi. Mən sevmirəm elə şeyləri. Əgər doğrudan münasibət varsa, üzə çıxacaq. Yalandan camaata başqa cür göstərim, pul verim ki, guya sevgiliyik... Yox”.OLAY 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri