Icma.az
close
up
RU
Rafiq ƏLƏKBƏR: Sabir Rüstəmxanlı qalası

Rafiq ƏLƏKBƏR: Sabir Rüstəmxanlı qalası

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

(sərbəst esse-poema)

Müharibədən sonra 
Savalanın ətəyindən bir səda qopdu,
Savalanın ətəyindən bir nida qopdu.
Yurdun bu sədaya da, bu nidaya da - 
Səda-nida timsallı bu uşağa ehtiyacı vardı.
Çünki Savalanın ruhi enerjisi yurdlarımızı
faşist tapdağının altına düşməyə qoymamışdı.
İndi isə Savalan bu məsum uşağı 
yurdumuza ərmağan edirdi.
Savalan yurdun başı üzərində 
öz dayanıqlığını qorumalıydı.
Savalan öz qoynundan vətənimizə 
Sabir Rüstəmxanlını pərvazlandırmışdı.
Tanrı bu uşağın bəxtinə ən çətin məşəqqətləri yazmışdı,
bununla belə ona bu məşəqqətlərə dözə bilən səbr, 
dözüm, bəxt və şans da vermişdi.
O, birbaşa Tanrı tərəfindən qorunurdu.
Səbr onun xoşbəxtliyinin açarı idi.
Sabir Rüstəmxanlı Savalanın vətənimizə salamı idi.
Savalan vətənimizin ruh ziyarətgahıdır...
Lap erkən yaşlarında Savalanın ətəyində - Haçayurdda, 
Sarıbulaqda, Şahnişində at üstündə qamətli durur, 
atı şahanə çapırdı.
Sonralar atları təyyarələr əvəz etdi.
Atları təyyarələrə dəyişən şair
yenə Haçayurddakı ata minməyə tələsirdi,
çünki buradan Savalanın ruhi enerjisini 
dünyaya paylayırdı...
Vətən Savalanın ona bəxş etdiyi hədiyyəni 
həmişə uca tutdu.
Vətənin bütün dərdləri Sabir Rüstəmxanlının 
qələminə hopmuşdu.
Hələ keçən əsrin 70-ci illərində şair ana dilimizin saflığı,
qorunması uğrunda mübarizə aparan 
bir sərkərdəyə bənzəyirdi.
Sabir Rüstəmxanlının şerlərindən, özünün təbirincə 
desək, gül yox, od tökülürdü.
Keçən əsrin 80-ci illərinin ortalarında 
milli oyanış hərəkatı onun  şeirlərinin odunda közərirdi.
Yazdığı “Ömür kitabı” milli oyanış hərəkatının
formalaşmasında əvəzsiz rol oynadı, bu, bir növ
erməni təxribatçı yazarlar Zori Balayan və Silva Kaputikyana 
tuşlanmış bir cavab zərbəsi idi...  
Nə zaman Vətən çətin vaxtlarında
işıqlı ziyalılarını köməyə çağırdısa, 
Sabir Rüstəmxanlı orada göründü.
1988-ci ilin meydan hərəkatında şair 
iki milyonluq mitinqlərdə
vətənin təhlükədə olduğunu hayqırır, 
milli şüurun dirçəlməsi uğrunda
fədakarlıq nümunəsi göstərirdi.
Bu mitinqlər Qorbaçovun sərsəm düşüncəsinə 
bir aydınlıq gətirdi:
Azərbaycan xalqı ilə zarafat etmək olmaz, 
əks təqdirdə inqilabın seli onun özünü də,
imperiyasını da yuyub aparacaq; 
hansı ki, sonda belə də oldu.  
Azərbaycanın milli şüuru, milli hərəkatı 
ən üst qatında idi.
Sadəcə, milli şüuru siyasi şüura,
milli hərəkatı siyasi hərəkata çevirməyə zərurət var idi.
Azərbaycanın müstəqilliyinə doğru 
ciddi addımlar atmaq lazım idi...  
Bu zaman bütün imperiyanı çalxalayan 
“Azərbaycan” qəzeti ortaya çıxdı.
Bu qəzeti ərsəyə gətirən 
və ona başçılıq edən Sabir Rüstəmxanlı idi.
Cəmiyyətdə xüsusi ictimai-siyasi ovqat yaradan,
kütlələri öz ətrafında cəm edə bilən bu qəzet
imperiyanın rəhbəri Qorbaçovu da əndişəyə salmışdı.
İmperiya səhnəsində bu, ilk qəzet idi ki,
cəsarətlə imperiyanın ölkəmizə qarşı apardığı 
məkrli siyasətinin fəsadlarını üzə çıxarır,
Azərbaycan xalqını müstəqilliyə
hazırlamaq üçün əməli işlər görürdü.
Burada toplaşan jurnalistlər 
cəsarətin, istedadın, fədakarlığın simvolu idilər, 
sonralar müstəqil Azərbaycana onlar artıq 
kamil bir jurnalist kimi qədəm qoydular.
Azərbaycan müstəqillik qazandıqdan sonra 
sanki “Azərbaycan” qəzeti də öz missiyasını tamamladı.
Sabir Rüstəmxanlı bu qəzeti 
qanunverici orqana hədiyyə etdi.
Azərbaycan müstəqillik qazandıqdan sonra 
onun başı üzərində həmişə qara buludlar dolaşırdı.
Azərbaycanı bu bəlalardan qorumaq üçün
vətəndaş həmrəyliyinə ehtiyac var idi.
Milli maraqlar, dövlət maraqları 
bütün şəxsi maraqlardan üstün olmalı idi;
Sabir Rüstəmxanlı bununla bağlı ilk əməli addımını atdı.
Vətəndaş Həmrəyliyi Partiyasını yaratdı.
Vətənini sevən hər bir ziyalı üçün 
bu partiyanın qapıları açıq idi, 
sonralar bu partiyanın şinelindən çıxan 
neçə-neçə işıqlı ziyalı cəmiyyətdə 
nüfuzlu şəxsiyyətlərə çevrildilər.  
Sabir Rüstəmxanlı sözü ilə əməli üst-üstə düşən
ən böyük ədiblərdəndir, ona görə də 
cəmiyyətin bütün təbəqələri 
ona hörmət və ehtiramla yanaşırlar.
Vətəndaş həmrəyliyinin mahiyyəti də elə budur...
O, üç dövlət başçısının hakimiyyəti dövründə 
nazir vəzifəsində işlədi,
hamısı da ona eyni sayğı ilə yanaşdı,
çünki onun doğru və dürüstlüyü,
əməllərində və işlərindəki şəffaflıq nümunəsi 
cəmiyyətdə birmənalı qarşılanırdı,
Hətta düşmənləri də onu tənqid etməyə 
fakt tapa bilmirdilər.
İftiralar və yalanları isə küləklər qovub
səhralarda külə döndərirdilər.
Onun nümunə göstərdiyi çoxlu olaylara 
şahidlik etmişik.
Azərbaycan tarixində ən uca kürsülərdən sayılan
nazir vəzifəsindən könüllü istefa verən
yeganə şəxsdir o.
Hansısa əməllərinə görə ərizəsi alınıb 
guya öz xahişi ilə işdən gedən, 
əslində, qovulanlar ola bilər, lakin 
Sabir Rüstəmxanlının nazir vəzifəsindən 
könülü istefa verməsi real tarixi hadisədir,
çünki o, hansı vəzifədə olursa olsun, 
vəzifəyə çörək ağacı kimi yox, 
xalqa xidmət etmək vasitəsi kimi baxmışdır.
Cəmiyyət onun xidmət etdiyi nazirliyə 
el qapısı kimi yanaşırdı,
lakin o, deputatlıq kürsüsündə xalqa daha çox
xeyir verəcəyinin fərqində idi.
Heydər Əliyevin diqqət və mərhəməti 
Sabir Rüstəmxanlının
həyatında sipər rolunu oynamışdır.
Deputatlıq kürsüsündə saysız-hesabsız ölkələrə uçaraq 
Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə 
çatdırmaqda misilsiz fəaliyyət göstərmişdir  
Sabir Rüstəmxanlı ixtiyar yaşına, 80 yaşına çatmışdır.
Vətənin hər guşəsində Sabir Rüstəmxanlı şəxsiyyətinə 
ehtiram əlaməti olaraq möhtəşəm tədbirlər keçirilir.
Bu tədbirlər, bu təbriklər mahiyyət və formasına görə 
vətəndə bir Sabir Rüstəmxanlı qalası ucaltmışdır.
Bu qalanın divarları xalqın sevgisindən yonulmuşdur.
Bu qalanın toxunulmazlığı
müqəddəs bir dəyər kimi xalqın ürəyinə hopmuşdur.
Bu qalanın qoruyucusu tarix özü olacaqdır,
İllər keçəcək, əbədi həyat gələcək, 
Sabir Rüstəmxanlı öz qalasından yurda,
vətənə, bir səda, bir nida kimi qopduğu Savalana 
Dədə Qorqudsayağı salam verəcəkdir...
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 İyul 2026 01:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri