Icma.az
close
up
RU
“Rahat Telecom” MMC və “SN Telecom” MMC də satıldı AG Telekom a, yoxsa...?

“Rahat Telecom” MMC və “SN Telecom” MMC də satıldı AG Telekom a, yoxsa...?

Icma.az bildirir, Mia.az portalına istinadən.

"AG Telekom" MMC (KATV1 brendi) şirkəti, “Rahat Telecom” MMC və “SN Telecom” MMC-nin ona qoşulması ilə yenidən təşkil edilir və adı çəkilən hüquqi şəxslərin hüquqi varisidir.

"Rahat Telecom" MMC şirkəti “AG Telekom” MMC-yə qoşulması nəticəsində ləğv edilir. Həmçinin “SN Telecom” MMC şirkəti də “AG Telekom” MMC-yə (VÖEN: 1700475461) qoşulması nəticəsində ləğv edilir.

"SN Telekom” MMC (SNTV) Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən rəqəmsal xidmət təminatçılarından biridir. SNTV brendi uzun illərdir ki, Sumqayıt şəhərində telekommunikasiya bazarında lider mövqeyini qoruyub saxlamaqdadır. Şəhər sakinlərinin TV və İnternet istəklərini günün tələblərinə görə tam yerinə yetirir.

2005-ci ildə təsis olunmuş "Rahat Telekom" MMC Azərbaycanın telekommunikasiya şirkətlərindən biridir. Şirkət 2008-də internet xidmətləri, 2012-də fiber-optik şəbəkələr və yüksək sürətli internet təqdim etməyə başlayıb.

KATV1 brendi ("AG Telekom" ) uzun illərdir ki, ölkənin telekommunikasiya bazarında lider mövqeyini qoruyub saxlamaqdadır.

2009-cu ildə dövlət qeydiyyatına alınmış və 36 milyon 335 min 617 manat nizamnamə kapitalı olan "AG Telekom" MMC-nin qanuni-təmsilçisi Nəhmədov İlqar Şamil oğludur.  Şirkət 03 Dekabr 2025-ci il tarixindək 200 min 40 manat nizamnamə kapitalına malik idi.

27 milyon 302 min 65 manat nizamnamə kapitalı olan “Rahat Telecom” MMC-nin qanuni təmsilçisi Abbasov Samir Zabit oğlu, 4 milyon 900 min 25 manat nizamnamə kapitalı olan SN Telecom” MMC-nin qanuni təmsilçisi Qurbanov Bəhram Tahir oğludur/Marja.az

P.S. Mia.az xəbər əlavə olaraq qeyd edir ki, “CityNet” ticarət nişanının sahibi “Uninet” MMC “KATV1” ticarət nişanının sahibi “AG telekom” MMC 4 ay əvvəl satın alıb.

Buradan isə belə  nəticəyə gəlmək olar ki, “Rahat Telecom” MMC və “SN Telecom” MMC əslində "AG Telekom"a deyil, City Net-ə satılıb.

Həmin vaxtı yayılan məlumata görə, hər iki MMC-nin qanuni təmsilçisi artıq  İlqar Şamil oğlu Nəhmədovdur. “AG telekom”un əvvəlki qanuni təmsilçisi isə Samir Qurbanov olub.

Şirkətin 2024-cü ilin sonlarınadək dövlətə yarım milyon manata yaxın vergi borcu olub. 

“Uninet” Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 113, “AG telekom” isə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 81 ünvanında qeydiyyatdadır.

Qeyd edək ki, bundan əvvəl isə "Enginet" və "Extranet" MMC-lər "Uninet" MMC-yə qoşulub.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:603
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Dekabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri