Icma.az
close
up
RU
Rahatlaşdırıcı təsirə malik BALLINANƏ ÇAYI Təbii ağrıkəsici

Rahatlaşdırıcı təsirə malik BALLINANƏ ÇAYI Təbii ağrıkəsici

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Rahatlaşdırıcı və sakitləşdirici təsiri ilə tanınan ballınanə - limonotu çayının sağlamlığımız üçün bir çox faydası var.

 Əvvəla, ondan başlayaq ki, ballınanə çayını kimlər içə bilər:

stressin səbəb olduğu həzm pozuqluğu olanlar, mədə və bağırsaqlarda spazm və ağrıları olanlar, şişkinlik problemi olanlar, əsəbi olanlar, stresdən ürək döyüntüsü artanlar, ürəkbulanma, qusma, hərəkət tutması və ya dəniz tutması kimi şikayətləri olanlar.

Ballınanəçayının faydaları nələrdir?

İlk olaraq stress və narahatlığı azaltmağa kömək edir, rahatlıq verir, depressiya əlamətlərini azaldır və ruh sağlamlığınızı qoruyur. Ballınanə çayını içən insanların sakitləşdiyi və yatmaq istəyinin artdığı müşahidə edilib. Melissa çayı həmçinin əsəbilik və həddindən artıq həyəcan kimi narahatlıq hisslərini də azaldır. Ballınanə konsentrasiya və koqnitiv funksiyaları təkmilləşdirir ki, dərs və ya kitab oxuyarkən yaddaşın yaxşılaşmasına təsir edir. Lakin nə qədər faydalı olsa da, melissa çayını gündə bir stəkandan artıq içməyin, yoxsa sizi yuxuya apararaq işinizə mənfi təsir göstərə bilər. Melissa çayı herpes xəstəliyinin – uçuqların müalicəsinə dəstəkdir. Tərkibindəki antioksidant tərkibi sayəsində ballınanə ekstraktı olan kremlər herpesin müalicəsində təsirli olur, tez sağalmasına kömək edir, xəstəliyin sürətini azaldır.

Ballınanə çayı antiseptik xüsusiyyətlərə malik olduğu üçün herpes, yara, uçuq, həşərat dişləmələri və qızartı kimi dəri problemlərini sağalmasına yardımcı olur.

Həzmsizlik probleminin aradan qaldırılması. Həzm sisteminə bağlı mədə ağrısı, qaz, ürəkbulanma və həzmsizlik kimi şikayətləriniz varsa, melissa çayı rahatlamanıza kömək edir. Ballınanə çayı baş ağrısını aradan qaldırır. Stressdən yaranan baş ağrıları zamanı melissa çobanyastığı çayı kimi rahatladırıcı təsir göstərə bilər.

Təbii ağrıkəsici xüsusiyyətlərə malik olduğuna görə limonotu çayı bədənin müxtəlif yerlərindəki ağrıları da aradan qaldırmağa kömək olur.

Ürəyi sağalda bilir. Melissa çayı qan təzyiqi aşağı düşən və ürək döyüntüsü problemi olanlar üçün də sakitləşdirici təsir göstərir. Buna görə də limon balzamı çayı tərkibindəki antioksidant sayəsində ürək-damar sistemi üçün faydalı sayılır. İmmuniteti gücləndirir. Antiviral və antimikrob təsiri sayəsində bakteriya, göbələk və viruslarla mübarizəyə kömək edir. Antioksidant melissa bitkisi tərləməni təşviq etdiyi üçün qrip və qızdırma xəstəliklərində istifadə edilə bilir. Yuxu pozuntularını azaldır. Yatmaqda çətinlik çəkən, yuxusuzluqdan əziyyət çəkən adamlara kömək edən ballınanə çayını yatmazdan əvvəl içdikdə rahatlamanı təmin edir və yuxuya getməyi asanlaşdırır. Dəri ləkələrinə, günəşin mənfi təsirlərinə və sızanaqlara qarşı melissa çayı bir maska ​​kimi istifadə edildikdə faydalı olur.

Melissa çayını nə vaxt içmək lazımdır? Bu ballınanə çayı rahatlıqverici olduğundan daha şox stresli anlarda içilməsi məsləhətdir. Axşam yatmazdan bir neçə saat əvvəl içilən melissa çayı həm gün boyu təsirləndiyiniz radiasiyanın təsirini azaldır, həm də stressinizi ataraq rahat yatmağınıza yardım edir.

  Gündə maksimum 2 stəkan içilməlidir. Ballıannənin yuxu verən xüsusiyyəti olduğundan valerian, şərab, jenşen, çobanyastığı kimi otlarla içilməsi məsləhət deyil.

  Melissa çayı necə dəmlənməlidir? Qaynar suyu çaydan və ya ağzı bağlı fincana tökün. Dərhal üzərinə qurudulmuş və ya təzə limonotu bitkisini əlavə edin və qapağı bağlayın. Ballınanə çayı təxminən 5-10 dəqiqə dəmlənməli, sonra içilməlidir.

  Melissanın təzə yarpaqlarını, xüsusilə yayda soyuq içkilərə, şorbalara, balıq yeməklərinə, plovlara və hər növ salatlara əlavə etmək mümkündür.

  Ballınanə yarpaqlarını əzərək krem kimi həşərat dişləmələrinə qarşı istifadə edib müalicə etmək olur.

Melissa çayının əks təsirləri. Normal səviyyədə içildikdə insana yan təsirlərinin ehtimalı çox aşağıdır. Həddindən artıq istifadə əks təsirlərə səbəb ola bilir. 

ağrılı sidik ifrazı, baş ağrısı, ürəkbulanma və qusma, mədə ağrısı, başgicəllənmə, bədən istiliyində artım, dərinin qıcıqlanması, allergik reaksiya, xırıltı nəfəsalma.

  Bəzi dərmanlarla birlikdə qəbul edildikdə ballınanə çayı zərər edir. Qalxanabənzər vəzi, yuxu, qlaukoma, sakitləşdirici və serotoninə təsir edən digər dərmanlardan istifadə edirsinizsə, melissa çayını içməyin.

  Hamilə, əmizdirən qadınlar, ağır xəstəliyi olanlar və 16 yaşdan kiçik uşaqlar ballınanə çayını qəbul etməməlidir.

Mənbə:TRT

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri