Icma.az
close
up
RU
Rahid Əmirquliyev: Ayxan Abbasova vaxt versələr, nəyəsə nail ola bilərik

Rahid Əmirquliyev: Ayxan Abbasova vaxt versələr, nəyəsə nail ola bilərik

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan milli komandasının sabiq üzvü Rahid Əmirquliyev apasport.az saytına müsahibə verib.

- Azərbaycan milli komandasının baş məşqçi postu Ayxan Abbasova təhvil verildi. Ukrayna ilə heç-heçədən sonra bu cür təyinat olacağını ehtimal edirdin?
- Ayxan müəllimə görə sevinirəm, ona uğurlar arzulayıram. Ukrayna ilə oyundan sonra indiki vəziyyətdə düzgün qərardır. Üstəlik, Ayxan müəllimin millidə qalıb, işləməsi haqqıdır. Həmişə millidə yerli məşqçinin tərəfdarı olmuşam. Əminəm ki, o, bu durumda nəsə düzəldəcək.

- Ümumiyyətlə, necə düşünürsən, Ayxan Abbasov milli komandada uğurlu ola biləcək? Təbii ki, qısa zamanda nəsə etmək çətindir. Sadəcə uzunmüddətli müqavilə olduğunu düşünsək, daha bərk, güclü komanda yarada biləcək?
- Ona vaxt versələr, nəyəsə nail ola bilərik. Ayxan müəllimi çempionatdan da tanıyırıq, "Zirə", "Sumqayıt", "Turan Tovuz"da da işləyib. O, harada işləyibsə, orada da çempionatda bərk komanda görmüşük. İnanırıq ki, millidə də bəzi şeyləri dəyişdirib, ən azından bərk, istəkli komanda görəcəyik. Sadəcə bir az vaxt vermək lazımdır.

- Milli komandamızı 3 gündən sonra Fransa ilə matç gözləyir. Millinin heyətinə dəvət edilən oyunçuları yəqin ki, gördünüz. Daha çox Rüfət Abdullazadənin milliyə cəlb edilməməsi müzakirə edildi. Sizcə, futbolçularımızın oynamadığı bu vaxtda, Xorvatiya kimi liqada legioner həyatı yaşayan Abdullazadəni niyə nə Santuş, nə də Ayxan Abbasov milliyə dəvət etmir?
- Millinin heyətinə baxmışam. Aşağı-yuxarı eyni adlardır. Rüfət Abdullazadənin milliyə dəvət edilməməsi haqda nəsə demək düzgün deyil. Çünki bu, baş məşqçinin qərarıdır. Onun qərarına və fikrinə də hörmətlə yanaşmaq lazımdır. Yəqin ki, Rüfətə alternativ variant var deyə, onu çağırmayıb. Başqa futbolçuya üstünlük verib. Bu haqda nəsə deməyim düzgün deyil. Həmişə çalışmışam ki, baş məşqçinin qərarı ilə razılaşaq, hörmətlə yanaşaq.

- Digər məsələ odur ki, milliyə dəvət edilənlər arasında oynamayanlar da az deyil. Mahir Emreli isə artıq 6 oyundur ki, "Kayzerslautern"də meydana buraxılmır. Oyun praktikası aşağı olan futbolçunun milliyə xeyir verməsi inandırıcıdır?
- Düzdür, heyətdə az oynayan futbolçularımız var. Bu da oyunlara təsir edə bilər. Oyun praktikası olmadan, millidə Fransa və ya digər komandalara qarşı oynamaq çətindir. Amma yenə də, bayaq sözümə qayıdıram ki, bunlar sırf baş məşqçinin qərarlarıdır. Ona görə də çalışaq, hörmətlə yanaşaq. 

- Yəqin ki, 1995-ci ildəki Fransa-Azərbaycan görüşünü xatırlayırsınız? Bu dəfə böyükhesablı məğlubiyyətin təkrarlanmaması üçün millimizin gücü var? Səncə, indiki millimiz 0:10 uduzan yığmamızdan daha güclü görünür?
- Fransa indi dünyanın ən güclü millilərindəndir. Bəlkə də, ən güclüsüdür. Heyətə baxsaq, çox güclü futbolçular görərik. Bizi çox ağır oyun gözləyir. Ancaq rəqiblər nə qədər güclü olsa da, inanıram ki, Fransada böyükhesablı nəticə olmayacaq. Xalla qayıtmaq ehtimalımız çox azdır. Lakin inanıram ki, uşaqlar sona qədər vuruşacaq və böyükhesablı məğlubiyyət olmayacaq. 

- Azərbaycan millisi bu tsikldə artıq bir xalı toplayıb. Bəs, Fransa (ev-səfər), Ukrayna (səfər), İslandiya (ev) görüşlərindən xal çıxarmağımız mümkündür, yoxsa qrupu elə bir xalla başa vuracağıq? 
- Əlbəttə, çox çətin olacaq. Fransa, Ukrayna səfəri.. Xal götürmək çətin olacaq. İslandiyaya səfərdə böyük hesabla uduzsaq da, inanıram ki, evdə onları məğlub edə və ya xal ala bilərik. Ukraynadan da xal almışıq. Niyə də səfərdə bunu təkrarlamayaq? Düzdür, çox çətindir. Amma inam həmişə var. İnanıram ki, nə qədər çətin olsa da, Ayxan müəllim bunu bacara biləcək.

"Qarabağ" "MecHack-9030"la əməkdaşlığa başlayıb I Liqa: V turun oyun cədvəli açıqlanıb "Qəbələ"yə qayıtmaq təkcə məndən asılı deyil" - MÜSAHİBƏ "Turan Tovuz"da yeni müqavilə - RƏSMİ Rəşad Eyyubov: “Oyunçularıma inanıram”
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri