Icma.az
close
up
RU
Rahid Əmirquliyev: Birinci Liqada iddialı olmaq üçün bəzi şərtlər var MÜSAHİBƏ

Rahid Əmirquliyev: Birinci Liqada iddialı olmaq üçün bəzi şərtlər var MÜSAHİBƏ

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Şahdağ Qusar"ın kapitanı Rahid Əmirquliyevin Sport24.az-a müsahibəsi

- İkinci Liqanın çempionu oldunuz. Hansı hissləri keçirirsiniz?

- Şükürlər olsun ki, çempion ola bildik. İştirak etdiyin liqadan asılı olmayaraq titula sahib çıxmaq sevindirici haldır. Bu, hər bir komandanın arzusudur. Biz də çox sevinirik. Düzdür, bu, mənim ilk çempionluğum deyil. Amma bunu xüsusi edən odur ki, doğma komandamla əldə etmişəm. Burada karyerama başlamışam. Klubun ilk kubokudur. Bu məni daha da sevindirir. Ümid edirəm ki, gələcək komandanı Premyer Liqada da görəcəyik. 

- Çempionatın gedişində hansı çətinliklərlə üzləşdiniz?

- II Liqa bizim üçün rahat keçmədi. Məğlub olmadan birinci yeri tutsaq da, çətinliklər yaşadıq. Ağır matçlarımız oldu. "Şəfa"ya  da təşəkkürlər düşür. Sonadək mübarizə apardılar. Maraq qalmışdı. II dövrədə ağır görüşlər keçirmişdik. Şükürlər olsun ki, çempionluq sevincini yaşaya bildik.

- Liqanı məğlubiyyətsiz başa vurdunuz. Uğurlu nəticənin sirri nədədir?

- Buna baxmayaraq çempionluğu sonuncu turda rəsmiləşdirdik. Bu da göstərir ki, liqada rəqabət olub. Bizim yaxşı komandamız, gənc və perspektivli məşqçimiz var. Ötən mövsümdə də heyət normal idi. Lakin çempion ola bilmədik. Mövsümü üçüncü sırada başa vurduq. Ancaq kollektivin böyük hissəsini saxladıq. Uşaqlar bir-birilərini yaxşı başa düşürlər. Bizim yaxşı, güclü komandamız var. Əsas olan odur ki, kollektivdə birlik mövcuddur.

"Şahdağ Qusar" 1-ci liqada da iddialı ola bilərmi?

- I Liqada iddialı olmaq üçün bəzi şərtlər var. Biz də istəyərik. Ancaq bu tək komandadan asılı deyil. Digər tərəfi də var. Maliyyə də nəzərə alınmalıdır. I Liqada hansı hədəflər uğrunda mübarizə aparacağımız rəhbərlik qərar verəcək. Ancaq hər komandanın fikri çempion olmaqdır. Çalışacağıq ki, ən azından yaxşı çıxış edək.

- Mövsümün sonunda klubla müqaviləniz başa çatır. Qarşıdakı planlarınız necədir?

- Sözləşməm bitir. Amma "Şahdağ Qusar" doğma klubumdur. Karyerama burada başlamışam. Baxmayaraq ki, karyeramın çox hissəsini "Xəzər Lənkəran"da keçirmişəm. Burada qalmaq istəyirəm. Növbəti ildə də komandada kömək etmək niyyətindəyəm. Rəhbərliklə söhbətimiz olacaq. Ondan sonra qərar verəcəyəm. Amma mən komandaya daxildə dəstək olmaq istəyirəm.

- "Şahdağ Qusar" ev oyunlarını Qusarda keçirmir. Növbəti mövsüm Birinci Liqadakı oyunları doğma meydanda keçirmək mümkündür?

- Biz də əziyyət çəkirik. Ev oyunlarımızı Şamaxıda keçiririk. Ən çox əziyyət çəkən isə bizim möhtəşəm azarkeşlərimizdir. Uzun yol qət edirlər, bizi tək qoymurlar. Oyunlarımız Qusarda təşkil edilsəydi, bizə və fanatlara da rahat olardı. Tərəfdarımız da tribunalarda artardı. Futbolu maraqlı edən azarkeşlərdir. Qusardakı stadion düzəlsə, lap yaxşı olar. Amma bu gedişatla çatdıra biləcəklərmi? Bilmirəm. Ümid edirəm ki, tez zamanda hazır olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://sport24.az
archiveBu xəbər 26 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri