Rahid Əmirquliyev: “İlk oyunda millimizin nəyə qadir olduğunu görə bilmədim”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Düşünürəm ki, bu turnirdə millimiz ciddi rəqiblərlə oynasaydı, daha faydalı olardı. Belədə, komandamızın zəif və güclü tərəflərini görmək olardı. Fikrimcə, bu turnir bizə əhəmiyyətli dərəcədə fayda verməyəcək. Çalışmaq lazımdır ki, özündən güclü millilərlə oynayasan ki, hərtərəfli inkişaf olsun”.
Bu sözləri Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev deyib.
R.Əmirquliyev “FIFA Series - 2026” turniri çərçivəsində Azərbaycan millisinin Syerra-Leone ilə oyunu barədə fikirlərini bölüşüb.
“Bu gün millimizin rəqibi Syerra-Leone Sent Lüsiyadan daha ciddi rəqibdir. Fikrimcə, oyun maraqlı olar. Ümidvaram ki, yığmamız qələbə seriyasını davam etdirəcək”, - deyə o, futbolinfo.az-a açıqlamasında deyib.
Əmirquliyev Ayxan Abbasovun komandasının Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub etdiyi oyuna da toxunub:
“Millimizi təbrik edirəm, qələbə qələbədir. Hətta böyükhesablı oldu. Ümidvaram, davamı gələr. Lakin rəqib çox zəif idi. Mən deyərdim ki, indiyə qədər millimizin qarşılaşdığı ən zəif komanda idi. Yığmamızda hansısa dəyişiklikləri görmək üçün rəqib də fərqli seçilməli idi. Bu, oyun deyildi, sanki millimiz məşqə çıxmışdı. Ona görə də hansısa dəyişiklikləri, millimizin nəyə qadir olduğunu görə bilmədim”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 30 Mart 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















