Rahid Əmirquliyev: Matçda hakimlik bərbad idi
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Zaqataladan xalla qayıtmaq heç vaxt rahat olmayıb". Bu sözləri Sport24.az-a Birinci Liqa təmsilçisi "Şahdağ Qusar"ın prezidenti və kapitanı Rahid Əmirquliyev deyib.
Təcrübəli futbolçu komandasının Birinci Liqanın 8-ci turunda "Zaqatala"ya məğlub olduğu oyunu şərh edib:
"Rəqibin bizdən bir baş üstün olduğunu demək olmaz. Hər iki komandanın fürsətləri var idi. Yəni, bərabər səviyyəli oyun gedirdi. Düşünürəm ki, ən azı bir xalla qayıda bilərdik. Matçda hakimlik bərbad idi. Bütün qərarları "Zaqatala"nın lehinə verirdi. Təbii ki, "Zaqatala"nın qələbəsinə kölgə salmaq istəmirəm, amma hakim oyunu normal idarə etsəydi, bir xalla dönə bilərdik. Komanda ilə məşqlərə başlamışam. Oynamaq üçün isə 100 faiz hazır deyiləm. İnşallah, yaxın günlərdə tam hazır olacam".
Qeyd edək ki, "Zaqatala" "Şahdağ Qusar" matçı meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 22 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















