Icma.az
close
up
RU
Rahid Əmirquliyev “Qarabağ” “Çelsi” matçından GÖZLƏNTİLƏRİNİ AÇIQLADI

Rahid Əmirquliyev “Qarabağ” “Çelsi” matçından GÖZLƏNTİLƏRİNİ AÇIQLADI

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qarabağ”ı çox çətin oyun gözləyir. Rəqib olduqca güclü komandadır”.

Bunu “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Rahid Əmirquliyevin futbolinfo.az-a müsahibəsində deyib.

– “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyununu bu gün “Çelsi”yə qarşı keçirəcək. Matçdan gözləntiniz nədir?

– Əlbəttə ki, “Qarabağ”ı çox çətin oyun gözləyir. Rəqib olduqca güclü komandadır. İngiltərə Premyer Liqası dünyanın ən güclü liqalarından, “Çelsi” isə bu liqada çempionluğa oynayan komandalardandır. Bu mənada? “Qarabağ” evdə oynasa belə, çempionumuz üçün çətin sınaq olacaq. Digər tərəfdən, “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində pis çıxış etmir. Qazandığı qələbələrlə, göstərdiyi futbolla sübut edir ki, istənilən rəqibə qarşı oynaya bilər. İnanıram ki, “Qarabağ” qələbə qazana bilməsə belə, meydandan 1 xalla ayrılmağı bacaracaq. Heç-heçə də təmsilçimiz üçün yaxşı nəticə sayılar.

– “Qarabağ”ın son matçlarda çətinliklə üzləşməsi “Çelsi” ilə oyunöncəsi komandada narahatlıq yarada bilərmi?

– “Qarabağ” Liqa mərhələsinin ilk oyunlarında əla qələbələr qazandı. Düzdür, “Atletik”ə məğlub oldu, ancaq həmin matçda da pis oyun göstərmədi. Nəzərə alaq ki, Bilbao təmsilçisi də çox yaxşı komandadır. Bəli, çempionatda “Şamaxı” ilə qarşılaşmada da xal itirdilər. Amma düşünmürəm ki, bu baxımdan problemlə üzləşsinlər. Sadəcə, “Çelsi” çox güclü rəqibdir. Bu səbəbdən oyun “Qarabağ” üçün ağır keçəcək.

– Hazırkı “Çelsi” ilə 8 il öncə qarşılaşdığınız “Çelsi”ni müqayisə edə bilərsiniz? Hansı komandanı daha güclü saymaq olar?

– Bəli, bu, “Qarabağ”ın “Çelsi” ilə üçüncü oyunu olacaq. Müqayisəyə gəlincə, “Çelsi” həmişə güclü və iddialı olub. Bu mənada, o komanda ilə hazırkı “Çelsi” arasında böyük fərq olduğunu düşünmürəm. Düzdür, bizim vaxtımızdakı “Çelsi”də təcrübəli futbolçular çox idi. İndiki heyətlərində isə gənclər üstünlük təşkil edirlər. Buna baxmayaraq, London təmsilçisi iştirak etdiyi bütün turnirlərdə yüksək yerlər uğrunda oynayan komandadır.

– “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki ümumi çıxışını necə dəyərləndirirsiniz və belə start gözləyirdinizmi?

– “Qarabağ” Liqa mərhələsindəki uğurlu çıxışı, qələbələri ilə bizi sevindirir. İki qələbələri var, təəssüflər olsun ki, üçüncü matçda məğlub oldular. Ancaq ümumi götürdükdə “Qarabağ” Liqa mərhələsində çox yaxşı çıxış edir. Məncə, heç kim Liqa mərhələsindən öncə bu nəticəni gözləmirdi.

– Sizcə, “Qarabağ” Çempionlar Liqasında 24 komanda sırasına düşə biləcəkmi?

– Hamımız bunu istəyirik. “Qarabağ”ın Çempionlar Liqasında növbəti mərhələyə adlaması həm özü, həm də Azərbaycan futbolu üçün əla nəticə olardı. Bu komanda illərdir Avropa səhnəsində Azərbaycanı layiqincə təmsil etmək üçün əlindən gələni əsirgəmir. Bu, sevindirici haldır. Gedişat, qeydə alınan nəticələr onu göstərir ki, inşallah, “Qarabağ” “24-lük”də olacaq. Düzdür, hələ ağır oyunlar qalıb. Buna baxmayaraq, “Qarabağ”ın 24 komanda sırasına düşəcəyinə dair hər birimizdə inam var. Onlara uğurlar arzulayıram.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Noyabr 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see427

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see334

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see328

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see286

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see244

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see238

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see232

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see213

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see211

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see203

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see199

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see197

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see196

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see181

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri