Icma.az
close
up
RU
Rahid Əmirquliyev: “Qarabağ” cütün favoritidir, “Sabah” “Neftçi” matçında isə şanslar bərabərdir

Rahid Əmirquliyev: “Qarabağ” cütün favoritidir, “Sabah” “Neftçi” matçında isə şanslar bərabərdir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 22 aprel, AZƏRTAC

“Kubok oyunları çempionat matçlarından seçilir. Komandalar oyun sayı az olduğuna görə kuboka fərqli yanaşırlar. Eyni zamanda bu turnir avrokuboklara vəsiqə qazanmaq üçün ən rahat yoldur. Bütün yarımfinalçılara indidən uğurlar arzulayıram”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev ölkə kubokunun 1/2 final mərhələsinin cavab oyunlarında komandaların şanslarını dəyərləndirərkən deyib.

36 yaşlı yarımmüdafiəçi “Qarabağ” – “Araz-Naxçıvan” (ilk oyun 0:1) matçında Ağdam təmsilçisini favorit hesab etdiyini bildirib: “Naxçıvan klubu ilk görüşdə çox yaxşı çıxış etməsinə baxmayaraq, “Qarabağ”ın şanslarını daha yüksək qiymətləndirirəm. İlk qarşılaşmanı izləmişdim. Sözsüz ki, bizi yenə baxımlı oyun gözləyir. Qurban Qurbanovun kollektivi bu dəfə öz meydanında oynayacaq. Düşünürəm ki, bu, onlar üçün üstünlükdür. Əslində tərəf tutmağı düzgün hesab etmirəm. Güclü olanın qalib gəlməsini istəyirəm”.

O, “Sabah” – “Neftçi” (ilk oyun 2:1) qarşılaşmasında isə şansların bərabər olduğunu söyləyib: “Komandalar arasında ilk oyun çox maraqlı keçmişdi. “Sabah”ın ilk matçda qələbə qazanması o demək deyil ki, “Neftçi”nin şansı yoxdur. 2:1 hesabı hələ heç nə demək deyil. Fikrimcə, bu görüş hər an sürprizlə nəticələnə bilər”.

Qeyd edək ki, hər iki qarşılaşma aprelin 23-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri