Icma.az
close
up
RU
Rahid Əmirquliyevdən klublarımızın avrokuboklardakı çıxışına MÜNASİBƏT

Rahid Əmirquliyevdən klublarımızın avrokuboklardakı çıxışına MÜNASİBƏT

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Sabah” hər iki oyunda “Petrokub”u böyük fərqlə üstələdi. Komanda bütün komponentlərdə güclü olduğunu göstərdi".

İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanan “Sabah” ilə “Araz-Naxçıvan”, eləcə də avrokuboklarda mübarizəni dayandıran “Zirə” barədə danışarkən deyib.

35 yaşlı yarımmüdafiəçi “Sabah”ın III təsnifat mərhələsindəki rəqibi olan Bolqarıstan “Levski”sinin güclü kollektiv olduğunu söyləyib: “Düzdür, onların oyunlarını izləməmişəm. Lakin bolqarlar Avropada hər zaman uğurlu çıxış edirlər. “Levski” ölkənin sayılıb-seçilən klublarından biridir. Həm də “Petrokub”dan daha güclüdür. “Sabah” üçün Moldova təmsilçisinə qarşı oynamaq asan idi. Lakin növbəti mərhələdə işi çətin olacaq”.

Onun sözlərinə görə, “Araz-Naxçıvan” “Aris”i mübarizədən kənarlaşdırmaqla kağız üzərində favorit olan komandaların heç də hər zaman qalib gəlmədiyini sübut edib: “Bəzi insanlar Yunanıstan təmsilçisinin növbəti mərhələyə adlayacağını gözləyirdi. Debütant komandanın bunu bacarması möhtəşəm uğur oldu. Naxçıvan klubu hər iki görüşdə layiqli mübarizə apardı. Növbəti mərhələdəki rəqib Kiprin “Omoniya” klubu olacaq. Bizə tanış komandadır. Dəfələrlə Azərbaycan təmsilçiləri ilə üz-üzə gəlib. Güclü rəqibdir. Elmar Baxşıyevi ikinci çətin sınaq gözləyir. Amma “Aris”lə matçdan sonra komandamıza inanmaq lazımdır”.

Əmirquliyev “Zirə”nin “Hayduk”a məğlub olmasına baxmayaraq, layiqli mübarizə apardığını deyib: “Püşkdən sonra ən adlı-sanlı komanda “Zirə”yə düşmüşdü. Evdə və səfərdə yaxşı oynadılar. Rikardo Martins Gimaraynşın qırmızı vərəqə alması matça təsirini göstərdi. Əgər bu olmasaydı, fərqli nəticə görə bilərdik. “Zirə” “Hayduk”u keçmək gücünə sahib idi”.

Qeyd edək ki, UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 7-də, cavab görüşləri isə 14-də keçiriləcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Avqust 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri