Rahilə Hüseynzadə Avropa birinciliyini 3 medalla başa vurub
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan ağırlıqqaldıranı Rahilə Hüseynzadə Avropa birinciliyində 3 medal qazanıb.
Apasport.az xəbər verir ki, idmançımız Albaniyanın Dürres şəhərində keçirilən U23 və gənclərin Avropa birinciliyində uğurlu çıxış edib.
86 kq çəki dərəcəsində mübarizə aparan Rahilə birdən qaldırma hərəkətində 94 kq nəticə ilə gümüş medala yiyələnib. Təkanla qaldırmada 115 kq çəkini ram edən atletimiz bürünc medal qazanıb. O, iki hərəkətin cəmində 209 kq nəticə göstərərək Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.
İdmançıların mükafatlandırma mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.
Qeyd edək ki, baş məşqçi Sərdar Həsənov və böyük məşqçi Asif Məmmədovun rəhbərliyi altında Avropa birinciliyinə yollanan hər üç idmançımız yarışı medallarla başa vurub. Daha əvvəl Fuad Həsənov və Qasım İsmayılov da hərəyə üç medal qazanıblar.
Tələbələr arasında ilk dünya çempionumuz Vətənə qayıtdı Tehran Məmmədov dünya çempionatında qızıl medal qazanıb Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçib Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 Oktyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















