Icma.az
close
up
RU
Rail Məlikov: “Qarabağ”dan “Bursaspor”a transfer olunmaq yaxşı görünmür”

Rail Məlikov: “Qarabağ”dan “Bursaspor”a transfer olunmaq yaxşı görünmür”

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Toral Bayramovun “Qarabağ”dan Türkiyənin I Liqasında çıxış edən “Bursaspor” klubuna transfer olunması yaxşı görünmür.

İdman.Biz bildirir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov deyib.

O, Report-a açıqlamasında Türkiyənin I Liqasında rəqabətin çox ağır olduğunu qeyd edib:

“Bursaspor” köklü komandadır. Türkiyə Superliqasının çempionu olub. Çox güman, Superliqaya çıxmaq uğrunda oynadıqları üçün yaxşı transferlər edirlər. I Liqaya asan baxmaq olmaz. Azərbaycan Premyer Liqası ilə müqayisədə orada ağır mühit var. Bizdə uzun illər bir komanda – “Qarabağ” hamıdan üstün olubsa, orada 5-6 klub Superliqaya yüksəlmək uğrunda mübarizə aparır. Həmçinin stadionlar, infrastruktur və şərait daha müasirdir. Səfər oyunları üçün uzun yol qət etmək lazım gəlir. Üstəlik, turnirdə güc futboluna daha çox önəm verilir. Aşağı yerlərdə qərarlaşan komandalar liqada qalmaq üçün çox sərt oynayırlar. Bu səbəbdən Toral Bayramovu bizim çempionatdan daha çətin sınaq gözləyir”.

Vaxtilə “Dənizlispor”da forma geyinmiş keçmiş müdafiəçi Toral Bayramovun “Qarabağ”dan aşağı liqaya yollanmasını müsbət dəyərləndirmir:

“Neftçi”də kapitan olan vaxt məcburiyyətdən I Liqaya yollanmışdım. Çünki Azərbaycanda “transfer pəncərəsi” 2 gün əvvəl bağlanmışdı və başqa seçimim yox idi. Türkiyədən “Dənizlispor”la yanaşı, “Konyaspor” da təklif göndərmişdi. Lakin Toral üçün belə bir məcburiyyət yoxdur. O, həm “Qarabağ”ın, həm də millinin aparıcı simalarından biridir, fərqli mövqelərdə oynaya bilən universal futbolçudur. Onun üçün Superliqa klublarının təkliflərini dəyərləndirmək daha yaxşı olardı. “Qarabağ” kimi böyük və hegemon komandadan I Liqaya getmək yaxşı görünmür. “Bursaspor” köklü və vaxtilə çempion olmuş klubdur, lakin Toralın niyə bu qərarı verdiyini özündən öyrənmək daha yaxşı olar”.

Rail Məlikov Toral Bayramovun yeni komandasında daim şansı qazanmasının asan olmayacağını əlavə edib:

“Heç kim elə düşünməsin ki, ora gedən kimi hər matçda meydana çıxacaq. Türkiyə futbolunda rəqabət çox sərtdir. Özünü doğrultdunsa, oynayacaqsan, əks halda ehtiyat oyunçular skamyasında oturacaqsan. Orada futbolçunun haradan gəlməsinə və keçmiş uğurlarına baxmırlar. Ümid edirəm ki, müqavilədə müəyyən nüanslar nəzərə alınıb. Torala gələcək karyerasında uğurlar arzulayıram”.

Xatırladaq ki, “Qarabağ”dan ayrılan Toral Bayramov “Bursaspor”la 3 illik müqavilə imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 May 2026 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri