Icma.az
close
up
RU
Rain Sultanov: Avropa turnesi çərçivəsində yeni “Blue Whale” layihəsini təqdim edəcəyəm

Rain Sultanov: Avropa turnesi çərçivəsində yeni “Blue Whale” layihəsini təqdim edəcəyəm

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 21 aprel, AZƏRTAC

Məşhur caz musiqiçisi, saksafon ifaçısı Rain Sultanov aprelin 28-dən mayın 18-nə qədər Avropa turnesində olacaq. Musiqiçi Amsterdam, Visbaden, Düsseldorf, Oslo, Buxarest, Brüssel və digər şəhərlər də daxil olmaqla 11 Avropa şəhərində 13 konsert verəcək.

AZƏRTAC-a verdiyi müsahibədə o, turneyə hazırlıqların olduqca intensiv şəkildə keçdiyini bildirib.

“Müxtəlif ölkələrdə məkanların hazırlanmasından tutmuş PR kampaniyalarına qədər eyni vaxtda böyük təşkilati iş aparılır. Bu mürəkkəb bir prosesdir, burada çox sayda insan iştirak edir və konsertlərin yüksək səviyyədə keçirilməsinə hərə öz töhfəsini verir”.

“Turların özü də xüsusi bir əhvali-ruhiyyədir. Bir tərəfdən, bu, çətindir: daimi səyahətlər, dəyişən şəhərlər, fərqli məkanlar, fərqli akustika və hər dəfə sanki yeni mühitə daxil olursan. Amma ölkədən-ölkəyə səyahət edərkən tamaşaçıları, onların reaksiyalarını, gözlərini görürəm və bu, mənim üçün xüsusilə dəyərlidir. Hər bir ölkədə tamaşaçılar musiqini fərqli şəkildə hiss edirlər: bəzi yerlərdə daha açıq və emosional, digərlərində isə daha daxili və diqqətli. Bu kontrast və qavrayış müxtəlifliyi hər konserti unikal edir”, - deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, bu turun marşrutu caz musiqiçisinin qəbul edən tərəflərdən aldığı dəvətlərə uyğun müəyyən edilib.

“Tur müxtəlif ölkələr və təşkilatçılar tərəfindən marağın nəticəsi kimi formalaşır. Bu, canlı bir prosesdir və musiqimin doğurduğu əks-sədanı əks etdirir.

Konsertlərin əksəriyyəti kilsələrdə keçirilir. Hər birinin öz tarixi, akustikası, atmosferi və hissiyyatı fərqlidir. Mənə belə məkanlar yaxındır, çünki onlarda musiqinin həqiqətən səslənməsinə imkan verən dərinlik və sükut var. Məkan adətən ifanın bir hissəsinə çevrilir, o, sadəcə səsi “qəbul etmir”, onunla qarşılıqlı əlaqə yaradır. Hər hansı bir məkanı qeyd etmək mümkün deyil - hər biri özünəməxsus təcrübə verir və mənim hər bir çıxışım fərqli şəkildə yaşanır”, - deyə musiqiçi vurğulayıb.

R.Sultanov, həmçinin turne çərçivəsində onun yeni “Blue Whale” layihəsinin təqdim olunacağını açıqlayıb.

“Bu, uzun müddətdir üzərində işlədiyim bir ideyadır. Layihə sülhün, ətraf mühitin qorunmasına və təbiətə qayğı ilə yanaşmasına həsr olunub. Bu layihənin musiqisini Osloda görkəmli norveçli sənətçilər ilə birlikdə yazdım və indi onu paylaşmağa başlayırıq. Həqiqətən də dünyamızın bu gün olduğu kimi gözəl, yaşıl, canlı və real qalmasını çox istəyirəm.

Və bəlkə də ən əsası, hisslərimin səmimiliyini və dərinliyini musiqi vasitəsilə çatdırmaq istəyirəm. Musiqi, sözlərdən daha dərindən qəlblərə nüfuz edə bilən universal bir dildir. “Blue Whale” isə bugünkü hərəkətlərimizin sabahkı günün dünyasını formalaşdırdığı haqqında xatırlatmadır”, - deyə müsahibimiz sonda əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2026 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see355

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see309

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see304

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see292

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see276

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see274

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see268

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see257

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see252

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see238

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see236

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see233

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see227

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see225

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see221

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see218

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see215

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri