“Raket zərbələri zəlzələ ocaqlarını oyadır” Qurban Yetirmişlidən SENSASİON AÇIQLAMA
Icma.az bildirir, Bizim media portalına istinadən.
Məlum olduğu kimi, ötən ayın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb.
Endirilən hava zərbələrinə cavab olaraq İran ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib.
Yaxın Şərqdə davam edən vəziyyət bir çox sahələrə öz mənfi təsirlərini ilk gündən göstərməyə başlayıb.
Davam edən proses həm İran, həm qonşu ölkələr üçün ekoloji təhlükələr yaradır.
Mütəxəssislərin fikrincə, atılan raketlər həm də yeri silkələyərək zəlzələ ocaqlarını oyadır.
Maraqlıdır ki, baş verən bu proses Azərbaycanın sərhəd rayonlarında zəlzələ ocaqlarını oayada və iri dağıntılara səbəb ola bilərmi?
Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, baş verən silkələnmə bəzi zəlzələ ocaqlarını aktivləşdirə və tezləşdirə bilər:
“Bu təsirlər lokal xarakterlidir. Amma atılan raketlər səbəbindən baş verən silkələnmə bəzi zəlzələ ocaqlarını aktivləşdirə və tezləşdirə bilər. Sərhəd bölgələrimizdə lokal xarakterli xırda, hiss olunmayan təkanlar onsuz da baş verir. Demək olar ki, hər gün xırda təkanlar qeydə alınır. mma elə bir zonamız yoxdur ki, dağıdıcı zəlzələ baş vermə ehtimalı olsun”.
Naibə Məmmədova, Bizim.Media
Baxış sayı:121
Bu xəbər 27 Mart 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















