Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Raketin zədələdiyi evimizin təmiri üçün cəmi 1000 manat verdilər GƏNCƏ SAKİNİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Raketin zədələdiyi evimizin təmiri üçün cəmi 1000 manat verdilər GƏNCƏ SAKİNİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT EDİB

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Gəncə şəhəri, Avtozavod qəsəbəsi, Məstan Əliyev ünvanında yaşayan Məmmədəliyev Azad Qəşəm oğlu Gununsesi.info  vasitəsilə Prezident İlham Əliyevə şikayət ünvanlayıb.

Redaksiyamıza müraciət edən vətəndaş bildirir ki, 44 Günlük Vətən Müharibəsi zamanı Ermənistanın Gəncəni raket atəşinə tutması səbəbiylə evləri yararsız vəziyyətə düşüb.

Ancaq o zaman ürək çatışmazlığı səbəbiylə yataqda olan anasına (hazırda vəfat edib) ağ kağıza imza atdıraraq, 1000 manat pul verilib.

Bildirirəm ki,  17 oktaybr 2020-ci il tarixdə Ermənistanın azğın, vandal və faşist silahlı birləşmələri tərəfindən Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı ərazilərin hərbi təcavüzə məruz qalaraq, qadağan olunmuş ballistik raketlə növbəti dəfə atəşə tutulması nəticəsində raketin düşdüyü ərazinin radiusunda yerləşən, hava xətti ilə episentrdən 150 metr məsafədə olan fərdi yaşayış evimiz böyük həcmli, geniş miqyaslı dağıntılarla üzləşib.

Fəlakət baş verdiyi zaman anam stressdən insult keçirərək xəstəxanaya yerləşdirildi.

Cənab Prezident İlham Əliyev cənablarının 06 noyabr 2020-ci il tarixli, 2292 nömrəli, Nazirlər Kabinetinin 11 noyabr 2020-ci il tarixli 612 saylı sərəncamları əsasında Gəncə şəhərində və digər bölgələrdə vətəndaşların şəxsi əmlaklarına, fərdi yaşayış evlərinə, dövlət binalarına, marketlərə, infrastruktur obyektlərinə, sahibkarlıq təsərrüfatı subyektlərinə dəyən zərərin miqyasının müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə yaradılmış dövlət komissiyası tərəfindən fərdi yaşayış evinə baxış-müayinə keçirilib.

Buna görə 1000 (bir min) manat məbləğində nağd pul verilsə də, qəzalı evdə vəziyyət olduğu kimi qalıb.

Bu işə cavabdeh məsul orqanları Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən müraciətləri, şikayətləri, etirazları yalnız kağız üzərində saxladı, yalan vədlərlə qəbullardan uzaqlaşdırıldıq.

Digər tərəfdən də başım anamın gündən-günə ağırlaşan xəstəliyinə qarışdı, özbaşına məmurlar tərəfindən ölkə başçısının bu istiqamətdə tapşırıqlarına əməl edilməyərək süründürməçiliklərə, bürokratik əngəllərə, yalan vədlərə tuş gəldik.

“Mən 6 nəfər ailə tərkibindən ibarət olan, ağır məhrumiyyətlərə düçar olmuş, son 4 ildə dərin psixoloji, mənəvi və maddi gərginliklər içərisində məşəqqətli həyat tərzi keçirən, Gəncə şəhərinə erməni faşistlərinin hərbi təcavüzü nəticəsində ailənin min bir müsibətlə qurduğu evi dağılmaqla bərabər, üstəlik, bu fəlakətin səbəbindən insult keçirmiş anasınıda itirərək ailə faciəsinin dairəsi daha da genişlənən, saysız-hesabsız haqsızlıqlarla, özbaşınalıqlarla üzləşən, evinin məsələsi aidiyyatı qurumlar tərəfindən diqqət mərkəzinə gətirilməyən Azərbaycan Respublikasının vətəndaşı olaraq və sonda azad, demokratik və müstəqil dövlətimə arxalanaraq məsələ barədə sərt göstəriş verəcəyinizə yüksək inam hissi bəsləyib, sizə şikayət müraciəti ünvanlayıram.

Müraciətimlə bağlı aşağıdakı halları diqqətinizə çatdırıram:

1) Bildirirəm ki, 17 oktyabr 2020-ci il tarixdə yuxarıda qeyd etdiyim kimi, Ermənistan silahlı birləşmələrinin hərbi təcavüzü nəticəsində atılan növbəti ballistik raketin düşdüyü radiusda yerləşən fərdi yaşayış evimiz, şəxsi əmlakımız tamamilə qəzalı vəziyyətə düşmüşdür. Hadisə zamanı fərdi yaşayış evinin sahibi anam, Məmmədova Diləfrüz Əhmədalı qızı stressdən insult keçirmiş və xəstəxanalara düşmüş, müalicəsi mümkün olmamışdır. O, 19.06.2022-ci il tarixdə vəfat etmişdir. Anamın müalicəsinə 15 min manat məbləğində vəsait xərcləyərək böyük həcmdə borca düşmüşük. Həm anamı xilas edə bilmədik, həm də üstəlik bankrota olduq. Hərbi təcavüzdən əvvəl anam sağlam adam idi.

Bütün bunların bədəlini kim ödəməlidir?

2) Hadisə zamanı 1 mərtəbəli zirzəmili, 5×4 ölçüdə 2 otaqdan, 4×9 ölçüdə zaldan, hamam, tualet və mətbəxdən ibarət evimiz sıradan çıxıb, böyük zərbəyə və deformasiyaya məruz qalıb.

3) 4, 5×10 metr ölçüdə naves sıradan çıxıb, metal konstruksiyası deformasiyaya uğrayıb. Lambrinləri tökülüb, döşəməsi dağılıb.

4) Evimin divarlarında geniş çatlar əmələ gəlib.

5) Evin dam örtüyü yarıtmaz hala düşüb, atmalar qırılıb.

6) Qapılar, pəncərələr böyük miqyasda zədə almışdır, özüm düzəltdirmişəm. Şüşələri öz vəsaitim hesabına saldırmışam.

7) Tavanlar, döşəmələr zədələnib.

8) Hamam tamamilə qəzalı vəziyyətdədir.

9) Hadisə zamanı 1000 ( bir min ) manat məbləğində stress pulu veriblər.

10) Hadisədən az müddət keçmişdi ki, 1950-ci ildə doğulmuş anamı aldadaraq qəza pulu adı altında 500 ( beş yüz ) manat pul veriblər.

11) Son 4 ildə mən həm xəstəyə baxmışam, həm də yerlərdəki qurumlara müraciət etməkdən usanmışam. Heç bir aidiyyatı qurum bizə yaxın gəlməyib, hətta Gəncə şəhər İcra Hakimiyyətində bildiriblər ki, bu işə biz baxmırıq. Ailəmizə qarşı edilən haqsızlığın analoqu yoxdur.

12) Ötən 4 il ərzində dörd bir tərəfimizdə zərərçəkmiş evlərin, hətta zərərçəkməmiş evlərin hər birində yeniləşmə işləri aparıblar. Uçuq daxmalarda yaşamış tanıdığımız uzaq və yaxın qonşulara 2 mərtəbəli evlər ucaldıblar. Bizi kimi yazıqlara, bədbəxtlərə yaxın gələn olmayıb. Bu da bizim Konstitusiya bərabərliyimiz. Açıq etiraf edim ki, bu Azərbaycanın gerçəkliyidir, dövlətin inanıb, etibar etdiyi aidiyyatı qurumlar dövlətin bu sahəyə ayırdığı pullar təyinatı üzrə xərcləməyərək, şəxsi maraqlarını güdərək başqa istiqamətlərə sərf ediblər.

13) Faciənin böyüklüyünə baxın ki, mən baş vermiş hərbi fəlakətin nəticəsi olaraq bu gün həm evsiz qalmışam, həm də anasız.

14) Belə bir ağrılı vəziyyətdə banklardan asılı vəziyyətə düşərək ümidsizlik sindromunda qəzalı evimdə özüm bəzi təmir işləri görmüşəm. Buna baxmayaraq evimin vəziyyəti dözülməz olaraq göz qabağındadır.

15) Mən 6 nəfərdən ibarət ailə üzvünün başçısı olaraq Azərbaycan vətəndaşıyam, Afrika vətəndaşı deyiləm, mən haqqımı tələb edirəm. Milyonlarla vəsait olsa belə, anamı həyata qaytara bilmərəm.

Odur ki, Sizdən dönə-dönə xahiş edirəm, aidiyyatı qurumlara sərt göstəriş verməklə mənim qəzalı evimin söküntüsü, yenidən qurulması işi nəzarətə götürülsün. Əlahiddə komissiya göndərilsin, araşdırılsın. Mən daha bu böyüklükdə haqsızlığa dözə bilmərəm. Çox-çox əminəm ki, taleyimizə biganə qalmayacaqsınız”.

Afət Abbasova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Fevral 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see218

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see185

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see170

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see155

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see126

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri