Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Raketlər keçmişdə qala bilər: ABŞ yeni silahın sınaqlarını bərpa etdi

Raketlər keçmişdə qala bilər: ABŞ yeni silahın sınaqlarını bərpa etdi

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ 2021-ci ildə Pentaqon tərəfindən rəsmi şəkildə dayandırılmış silah hazırlanması proqramını yenidən bərpa edib. Belə ki, ABŞ Hərbi Dəniz Qüvvələri Nyu-Meksiko ştatındakı White Sands poliqonunda elektromaqnit topunun sınaqlarını keçirib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Defense Romania" nəşri yazır.

Materialda qeyd olunur ki, elektromaqnit topunun əsas xüsusiyyəti kimyəvi atıcı maddələrdən – məsələn, barıtdan – tam imtinadır. Sistem güclü maqnit sahəsi yaratmaq və mərmini iki paralel keçirici rels boyunca sürətləndirmək üçün elektrik enerjisindən istifadə edir. Bu proses Lorens qüvvəsinin tətbiqi ilə baş verir.

Nəticədə mərminin lülədən çıxış sürəti 7 Max-dan çox olur.

Belə ekstremal sürətdə mərminin partlayıcı başlığa ehtiyacı qalmır. Zərbə anında yaranan təmiz kinetik enerji düşmən gəmisini, ballistik raketi və ya təyyarəni 100 dəniz milindən artıq məsafədə məhv etmək üçün kifayət edir.

Məlumata görə, 2025-ci ilin fevralından etibarən bu sınaqların yenidən başlanmasının əsas səbəbi müasir müharibələrin silah sistemləri baxımından çox böyük maliyyə xərcləri tələb etməsidir.

"Defense Romania" yazır ki, ənənəvi idarəolunan raketlər və tutucu sistemlər hər biri milyonlarla dollar dəyərindədir və döyüş gəmilərinin raket şaxtalarında böyük yer tutur. Elektromaqnit üsulla buraxılan mərmi isə sadə metal inert elementdir – onu istehsal etmək ucuzdur və partlayış riski olmadan təhlükəsiz saxlanıla bilər.

Bildirilir ki, belə sistemlə təchiz edilmiş gəmi onlarla mürəkkəb raket əvəzinə yüzlərlə elektromaqnit mərmi daşıya bilər.

Nəşrin qeydinə görə, uzun müddət fasiləsiz atəş açmaq qabiliyyəti xüsusilə "həddindən artıq yükləmə hücumları” adlanan taktikalara qarşı vacibdir. Bu taktika zamanı rəqib tərəf eyni anda çoxlu sayda ucuz mərmi buraxaraq hərbi dəniz qruplaşmasının hava hücumundan müdafiə sistemlərini tükəndirməyə çalışır.

Buna görə də son sınaqlar ABŞ ordusunun bu yüksək sürətli buraxılış sisteminə ehtiyac duyduğunu göstərir. Ordu rəqiblərinin inkişaf etdirdiyi yeni hərbi texnologiyalarla ayaqlaşmağa çalışır.

Nəşr qeyd edir ki, White Sands poliqonunda sınaqların bərpası Müdafiə Nazirliyi səviyyəsində qəbul olunmuş qərarı təsdiqləyir. Ekspertlərin fikrincə, klassik silah sistemləri texniki və iqtisadi baxımdan demək olar ki, maksimum həddə çatıb və ABŞ-ın gələcək onilliklərdə dənizdə üstünlüyü elektromaqnit silah sistemlərini tətbiq etmək qabiliyyətindən asılı olacaq.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Mart 2026 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri