Icma.az
close
up
RU
Raketlər toqquşub iş görən zaman...

Raketlər toqquşub iş görən zaman...

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2000-ci illərin əvvəlləri idi. Peşə fəaliyyətimlə bağlı İsveçdə, Stokholmda birləşməyə cəhd göstərən diaspora nüfuzlularının iştirakı ilə Novruz tədbirində iştirak edirdim. Tədbirə böyük ümid və sevinclə getmişdim. 

İçəri girəndə başqa planetə düşmüş adam kimi məclisdə topa-topa oturmuş cənublu həmvətənlərimin hər hərəkətinə acgözlüklə baxır, hər birini "kəşf" etmək üçün döyükürdüm. Onlar ailələri ilə birlikdə, qadınlı-kişili, qızlı-oğlanlı, uşaqlı-böyüklü dəstələrə bölünmüş, qruplara, cameələrə ayrılmışdılar. Bu nədir, tudəçilər, şahçılar, irançılar və sair və ilaxır. İlaxır çərşənbə halayçıları da hamımızı birləşməyə, rəqs edib qucaqlaşmağa çağırırdı. 

Lakin ədəb-ərkan pərdəsi altında gizli qorxunun, əda və kin-küdurətin gizləndiyini gördükcə Arazı ayıranların cəddi-əqrəbasına deməkliyim gəlirdi... Hətta milli marşlar, havalı çağırışlar belə öz döl-döşünü zalın yarıqaranlıq künclərinə tıxamış dəstə başçılarını bir araya gətirə bilmədi. Eynən toya küslü gəlmiş qudalar kimi: oynamaq, şənlənmək və beləcə bir-birinə qovuşub əylənmək istəyən uşaqlarına göz ağardan yad qövmlər gördüm... 

O gündən Mirzə Fətəli Axundov barədə daha çox düşünməyə başladım. Hələ də haqqında birmənalı fikrə gəlməmişəm, özbaşıma "Traxtor" komandasına azarkeşlik edir, Təbriz deyəndə bağrım başının göynəməkliyindən qurtula bilmirəm... 

Bu günlərdə isə daha çox mətnlər, müharibələr və silahlar haqqında düşünürəm. Ədəbiyyat heç kimi və nəyi xilas etmək iddiasında deyil. Lakin yazılmaq istəyən hər bir mətnin atom laboratoriyasındakı zərrəciklər qədər xəlvətdə gizləndiyini anladım. O zərrəcikləri zənginləşdirmək isə onların öz daxilində gedən prosesdən asılıdır. Görünür, Axundov buna nail ola bilmişdi. Və, bəlkə də, həmin zərrəciklər "Təbriz həvalisindəki Xamnə qəsəbəsindən" elə o vaxt çıxıb? Bəlkə də, elə buna görə, Mirzə Fətəlinin adı gələndə  ən nüfuzlu həmyerlisi də ona dodaq büzür, kim bilir?

Səməd Vurğun şah Qacarın cildinə girmək üçün beyin axınlarının ən dərininə baş vura bilmişdi. Elə bu yaxınlarda "Vaqif" dramındakı bir parça yadıma düşdü: 

"Qılınclar toqquşub iş görən zaman,

Neynər dediyiniz quru bir vicdan?"

Deyəsən, həminki söz yerinə gəldi: raketlər toqquşub iş görən zaman, neynər dediyiniz quru bir vicdan?

Belə baxıram, raketlər bitib-tükənən kimi, növbəti atlşlara qədər yaranan "antraktlarda" Axundov xatırlanacaq. Və deyəsən, gec-tez, onun laboratoriyasına qayıldacaqlar...

Məqsəd Nur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri