Icma.az
close
up
RU
Raketlərlə verilən mesaj: İsrail Suriyadakı hakimiyyəti tanımır

Raketlərlə verilən mesaj: İsrail Suriyadakı hakimiyyəti tanımır

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün İsrail ordusunun Suriyanın Müdafiə Nazirliyinin və parlamentin binasını raketlərlə vurması beynəlxalq gündəmin əsas müzakirə mövzusuna çevrilib. 


Sfera.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Yusif Bağırzadə hücumun uzunmüddətli hərbi qarşıdurmaya səbəb olmayacağını bildirib.


Politoloqun sözlərinə görə, Suriya hakimiyyətinə yeni gəlmiş Əhməd Əl Şara rəhbərliyi İsrail tərəfindən legitim siyasi quruluş kimi qəbul edilmir:


“Nəzərə almaq lazımdır ki, İsrail rəsmiləri əvvəldən Əl Şaranın hakimiyyətə gəlməsinə isti yanaşmayıblar. Bu münasibət onun keçmiş fəaliyyətinə və Türkiyə ilə hazırda qurduğu sıx əlaqələrə əsaslanır. Böyük ehtimalla yaxın gələcəkdə Suriyada Türkiyənin hərbi bazasının yaradılmasının şahidi olacağıq”.


Ekspert qeyd edib ki, bölgədə yaşayan druz icması da gərginliyin dərinləşməsində rol oynayır. Politoloqun sözlərinə görə, hazırda İsrail, Livan və Suriya ərazisində təxminən bir milyona yaxın druz yaşayır:


“Druzlar əsasən xristian ərəblərdir. Onların bir qismi Holan təpələrində, digər qismi isə İsrail-Suriya sərhədinə yaxın ərazilərdə yaşayır. Bu ərazilərdə yerli budinlərlə (icmalarla) mütəmadi münaqişələr baş verir. Əl-Şara hakimiyyətə gələndən sonra druz qəbilə başçıları İsrailin təhlükəsizlik orqanları ilə görüşlər keçiriblər. Bu da İsrailin Suriyaya qarşı hərbi addımlar atmasına səbəb kimi göstərilə bilər”.


Bağırzadənin sözlərinə görə, Suriya ordusu druzların yaşadığı bölgələrdəki qarşıdurmalara müdaxilə edərkən, ABŞ İsraildən bu ərazilərdən çəkilməsini tələb edib. Hazırda ABŞ Konqresində İsrailə 2 milyard dollarlıq hərbi yardım paketi hazırlanır. Bu paket çərçivəsində bunker əleyhinə raketlərin İsrailə göndəriləcəyi gözlənilir.
“Əl-Şaranın qurduğu yeni hökumətdə druz icmasından bir nümayəndə nazir postuna təyin edilsə də, bu icma kifayət qədər təmsil olunmadığını bildirərək narazılıq edir. Lakin hazırkı münaqişənin tezliklə səngiyəcəyi gözlənilir və bu hücumun qısamüddətli olacağı ehtimal edilir”, - deyə politoloq vurğulayıb.


Yusif Bağırzadə əlavə edib ki, hazırda Əl-Şara hakimiyyəti ərəb ölkələri - xüsusilə BƏƏ və Qətər tərəfindən dəstəklənir. Suriya hökumətinin gələcəkdə “Böyük İbrahim Sazişi”nə qoşularaq İsraili rəsmi şəkildə tanıması da gündəmdədir. 


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sfera.az
archiveBu xəbər 17 İyul 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see257

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see215

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see213

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see205

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see197

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see163

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see159

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see158

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see150

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see149

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see148

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see144

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see143

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see142

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see141

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see140

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see131

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri