Icma.az
close
up
RU
Ramal Aslanov hər iki vəzifəsindən azad edildi

Ramal Aslanov hər iki vəzifəsindən azad edildi

Ötən gün DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum insidentinin "sifarişçisi" kimi saxlanılan, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov iki vəzifəsindən azad edilib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.

Bundan əlavə Ramal Aslanov federasiyanın fəxri prezidenti Adil Əliyevin müavini vəzifəsini də itirib. Xatırladaq ki, A.Əliyev həmçinin Suraxanı rayonunun icra başçısıdır.

Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov da saxlanılıblar.

seeBaxış sayı:76
embedMənbə:https://axar.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri