Ramallahda fələstinlu uşaq öldürülüb İki nəfər isə yaralanıb
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
İsrail əsgərləri Qəzza ilə yanaşı, anklavdan kənarda olan işğal altındakı İordan çayının qərb sahilinin demək olar ki, bütün nöqtələrində fələstinlilərə basqınları davam etdirir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün Fələstinin paytaxtı hesab olunan Ramallah şəhərində də İsrail hərbçiləri ilə gərginlik yaşanıb.
Məlumata görə, nəticədə bir azyaşlı güllələnərək öldürülüb.
Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, Ramallahın şimal-şərqindəki Turmusəyya qəsəbəsində güllələnə uşaq 14 yaşlı Ömər Məhəmməd Saade Rabidir: "O, İsrail əsgərlərinin ona atəş açması nəticəsində həyatını itirib, iki nəfər isə yaralanıb".
Tahir Şəlvəli
MİA.AZ

Pakistanda iki hücum 8 nəfər öldürülüb
23 Mart 2025 10:40
Sumqayıtda yeniyetmə öldürülüb, iki nəfər saxlanılıb
15 Yanvar 2025 17:04
İsrail ordusu Ramallahda evləri dağıdıb
02 İyul 2025 18:23
İsrail ordusu Ramallahda əməliyyat keçirir
26 Avqust 2025 14:08
“İki əmim öldürülüb, dörd nəfər işgəncə altındadır”
28 İyun 2025 19:15

