Ramazan ayı yenə fikir ayrılığı ilə başladı
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Hər il olduğu kimi, bu il də Ramazan ayının başlaması ilə bağlı dəqiq vaxt İslam dünyasında fikir ayrılıqlarına səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, müqəddəs ay müxtəlif ölkələrdə iki fərqli tarixdə başlayır.
Belə ki, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, Bəhreyn, Küveyt, İraq, Livan, Somali və Sudanda dünən axşam yeni ayın görünməsi ilə bu gün, fevralın 18-i Ramazan ayının ilk günü elan olunub.
Azərbaycan da daxil olmaqla, bir çox digər ölkələrdə isə Ramazan ayı sabah, fevralın 19-u başlayacaq. Belə ki, Türkiyə, Suriya,Sinqapur, Malayziya, Bruney, Filippin, İordaniya, Misir, Tunis, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, İndoneziya və Oman artıq Ramazan ayının fevralın 19-da başlayacağını elan ediblər.
İranda isə xüsusilə qəribə vəziyyət yaranıb. 19 fevral oruc tutulması üçün təxmini gün elan edilib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:154
Bu xəbər 18 Fevral 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















