Icma.az
close
up
RU
Ramazan ayının mifləri Xurafat, yoxsa din xofu?

Ramazan ayının mifləri Xurafat, yoxsa din xofu?

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Sabah bütün müsəlman dünyasında Ramazan ayı başlayır. 

Bu müqəddəs ay oruc, ibadət və mənəvi yenilənmə dövrü kimi kimi qiymətləndirilir. 

Lakin Ramazan ayı başlayar-başlamaz insanlar arasında fikir ayrılıqları yaranır. Bu ayla bağlı bir sıra qaydalar haqqında məlumatlar bəzən qorxu və çaşqınlıq yaradır. İnsanlar çox vaxt Ramazanı "qadağalar siyahısı” ilə xatırlayır və gündəlik həyatın bir çox aspektini məhdudlaşdıran qaydalarla qarşılaşdıqlarını düşünürlər.

Bəs Ramazan ayı niyə daha çox məhz qadağalarla xatırlanır? Cəmiyyətdə bu ayla bağlı ən çox rast gəlinən miflər, şişirdilmiş qadağalar hansılardır? 

Qaynarinfo bu sualları ilahiyyatçı Tural İrfan ilə müzakirə edib.

Tural İrfan deyir ki, Ramazan ayı rəhmət ayıdır, zəhmət ayı deyil. Ona görə bu ayı insanlar üçün məşəqqətə çevirmək olmaz:

 "Dində rahatlıqlar tövsiyyə olunur, çətinliklər yaratmaq deyil. Bu ayda sadəcə pis əməllərdən, günahlardan daha çox çəkinmək lazımdır. Bəzən xurafatçı və mühafizəkar şəxslər ixtisasına uyğun olmadan dindən danışır və insanları çaşdırır, yanlış məlumatlar yayılır. Bəzən deyirlər ki, oruc tutan adam yuyuna bilməz, ağzının suyunu uda bilməz. Bunlar tamamilə yanlışdır. Yaxud deyirlər ki, qadınlar makiyaj edə bilməz, saç və dırnağına rəng qoya bilməz. Bunlar da yanlışdır. Yalnız qidadan və qidalandırıcılardan, cinsi münasibətdən çəkinmək kifayət edir ki, insan oruclu sayılsın”. 


İlahiyyatçı vurğulayıb ki, niyyəti oruc tutmaq olan şəxs günahlardan və digər yanlış işlərdən də uzaq olmalıdır. Ona görə də mümkün qədər bu ayda yaxşılıq etmək, səxavət göstərmək savabdır.

"İnsanlar niyə daha çox bu məlumatlara inanır? Bu, məlumat azlığından, yoxsa içimizə sinən  din xofdan irəli gəlir?” sualına cavab olaraq Tural İrfan qeyd edib ki, xurafat çox olduğu üçün bəzi insanlar din haqda nə danışılsa ona inanır. Gərək din xadimləri düzgün maarifləndirmə aparsınlar ki, insanlar sağlam inanca sahib olsun. Din xofundan irəli gəlməsini düşünmürəm. Lakin təəssübkeşlik də var. Müsəlmanların çoxu Quranı oxumayıb. Din haqda məlumatı azdır. Ona görə də nağıl danışanlara inanır”.

Günay İlqarqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Fevral 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri