Ramazan bayramında bu tarixlərdə iş olmayacaq
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda gələn ilin Ramazan bayramı günləri müəyyən edilib.
“Qafqazinfo” xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, gələn il martın 30 və 31-i ölkəmizdə Ramazan bayramı qeyd olunacaq.
31 mart həftənin bazar ertəsinə təsadüf etdiyi üçün 1 aprel tarixi də qeyri-iş günü olacaq.
Bununla da, 30 və 31 mart və 1 aprel tarixlərində iş olmayacaq.

