Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Ramazanda fitrə pulu nə qədər olacaq? MƏBLƏĞ

Ramazanda fitrə pulu nə qədər olacaq? MƏBLƏĞ

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərhəmət, paylaşmaq və mənəvi saflaşma ayı olan Ramazan fevralın 19-dan etibarən başlayır. Ramazan ayı təkcə oruc ibadəti ilə deyil, eyni zamanda ehtiyacı olanlara yardım etmək, iftar süfrələri açmaq və xeyriyyəçilik ənənələrinin gücləndiyi bir dövr kimi yadda qalır. Bu baxımdan, oruc ibadətinin ayrılmaz tərkib hissəsi sayılan fitrə zəkatı da xüsusi əhəmiyyət daşıyır. Müqəddəs Ramazan ayının yaxınlaşması ilə birlikdə bu il fitrə zəkatının məbləğinin nə qədər olacağı da əsas suallardan birinə çevrilir.

Modern.az mövzu ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayevlə əlaqə saxlayıb.

O bildirib ki, Ramazan ayının başlanmasına bir həftə qalmış fətva elan ediləcək və həmin vaxt fitrə zəkatının məbləği ilə bağlı tövsiyələr ictimaiyyətə açıqlanacaq.

Saytımıza açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov isə qeyd edib ki, Ramazan ayı ibadət ayı olmaqla yanaşı, dua və mənəvi saflaşma zamanıdır.

Deputat əlavə edib ki, Ramazana kompleks bir ibadət kimi yanaşdıqda görürük ki, bu ay bir çox dini ayinləri özündə birləşdirir. O həmçinin vurğulayıb ki, fitrə zəkatını imkanı olan, özünün və ailəsinin gündəlik azuqəsini təmin edə bilən hər bir şəxs verməlidir:

“Bu baxımdan Ramazan ayının əsas əhəmiyyəti və önəmi də məhz burada ortaya çıxır. Hər bir müsəlman Ramazan ayının sonunda bu zəkatı mütləq şəkildə verməlidir.

Fitrə zəkatı bir neçə növ ərzaqla verilə bilər. Bunlara düyü, buğda, xurma və digər əsas qida məhsulları daxildir. Bu səbəbdən fitrə zəkatının məbləği də dəyişə bilir. Əgər daha ucuz ərzaq seçilərsə, məbləğ az olur, daha bahalı məhsul seçildikdə isə məbləğ artır. Tövsiyə olunan orta məbləğ təxminən 10 manat hesab edilir. İmkanı çatan hər bir müsəlmanın bu məbləğdə fitrə zəkatı verməsi məsləhət görülür”.

C.Məmmədov eyni zamanda bildirib ki, bununla yanaşı, fitrə zəkatı üçün nəzərdə tutulan məbləğ dəyişə də bilər:

“Məsələn, seçilən ərzağın növünə və bazar qiymətinə uyğun olaraq fitrə zəkatı daha az və ya daha çox ola bilər. Əsas prinsip ondan ibarətdir ki, təqribən 3 kiloqram əsas ərzağın (xurma, buğda və s.) dəyəri nəzərə alınsın. Bəzi yanaşmalara görə fitrə zəkatı mütləq ərzaq şəklində verilməlidir. Bu, Peyğəmbər dövründə də belə idi. Lakin nəzərə alsaq ki, müasir dövrdə insanların ehtiyacları fərqlidir. Bəzən ehtiyacı olan şəxs üçün düyü və ya xurmadan daha çox başqa qida məhsulları və ya ümumi maddi dəstək daha faydalı olur.

Məhz bu səbəbdən bir çox alimlər fitrə zəkatının pul şəklində verilməsi mümkün hesab edir. Qeyd edilən kimi, bu məbləğ təxminən 10 manatdır. Minimum ərzaq dəyəri nəzərə alındıqda isə fitrə zəkatı 5 manat civarında da ola bilər. Bununla belə, tövsiyə ondan ibarətdir ki, imkan daxilində maksimal məbləğ seçilsin və proses bunun əsasında nəzərə alınsın”,- deyə deputat qeyd edib.

Qeyd edək ki, martın 8-i, 10-u, 12-si və 16-sı Qədr gecələridir. Şəvval ayının 1-i və 2-si (martın 20-si və 21-i) Azərbaycanda Ramazan bayramı (Fitr bayramı) kimi qeyd olunacaq.

Xatırladaq ki, fitrə zəkatı ailə üzvlərinin sayına uyğun olaraq verilməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri