Icma.az
close
up
RU
Ramazanda təmtəraqlı iftar süfrələri vermək olarmı?

Ramazanda təmtəraqlı iftar süfrələri vermək olarmı?

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Ramazan ayı cəmiyyətin ehtiyacı olan üzvlərinə kömək etməyin, xeyriyyə işlərində iştirak etməyin və paylaşmağın əhəmiyyətini vurğulayır.

BAKU.WS-in məlumatına görə, oruc tutmaq, yalnız yemək və içməkdən imtina etmək deyil, eyni zamanda pis niyyətlərdən, qəzəbdən və zərərli vərdişlərdən uzaqlaşmaqdır.

Bu ayda müsəlmanlar ibadətlərini artırır, Quran oxuyur, dua edir və iftar süfrələri də təşkil edirlər. Bəzən verilən iftar süfərləri arasında təmtəraqlı məclislərə rast gəlinir. 

Ramazan zamanı təmtəraqlı iftar süfrələri təşkil etmək dində məqbul sayılırmı?

İlahiyyatçı Fərid Abdullah BAKU.WS-ə açıqlamasında bildirdi ki, təmtəraqlı və israf dolu iftar süfrələri İslamın ruhuna uyğun deyil:

"Quranda Allah-Taala buyurur: "Yeyin, için, lakin israf etməyin. Həqiqətən, Allah israf edənləri sevməz". (Əraf, 31) İftar süfrələrinin möhkəm qohumluq və dostluq bağlarını gücləndirməsi, kasıblara yardım etməsi və paylaşma ruhunu artırması müsbət haldır.

Lakin gözdənsalma, israf və təkəbbür nümayiş etdirmək məqsədilə təşkil olunursa, bu, dinin mahiyyətinə ziddir. Peyğəmbər (s) və İmam Əli (ə) sadə iftar etməyi tövsiyə edər və iftarı az qida ilə açıb, qalanını yoxsullara paylamağa üstünlük verərdilər.

İftar süfrəsi təmtəraq və israf üçün yox, paylaşma və birlik ruhunu gücləndirmək üçün təşkil edilməlidir. Əgər bir insan həqiqətən ehtiyacı olanları da bu süfrəyə dəvət edir və onlarla nemətləri bölüşürsə, bu, daha çox savab qazandıran bir iş olar".

Orxan Hüseyn

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Mart 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri