Ramazanla əlaqədar fətva VERİLƏCƏK
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının başlaması ilə əlaqədar tədbir keçirəcək.
Modern.az-ın məlumatına görə, tədbir sabah, fevralın 27-də baş tutacaq.
Tədbirdə Ramazan ayı ilə əlaqədar fətvanın veriləcəyi gözlənilir.
Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mart ayının 1-də başlayacaq. Bu barədə bir müddət əvvəl Modern.az-a danışan İçərişəhər “Cümə” məscidinin axundu, QMİ-nin İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay Məmmədli məlumat verib. O, bildirib ki, hər il olduğu kimi Şamaxı Astrofizika Rəsadxanası tərəfindən Ramazan ayının başlanması ilə bağlı məlumat verilir. Bu il də verilən məlumata görə, Ramazan ayının başlanması mart ayının 1-ə təsadüf edir.

Məşhur modeldən Ramazanla bağlı paylaşım
04 Mart 2025 12:38
Canan Karataydan Ramazanla bağlı FAYDALI MƏSLƏHƏTLƏR
28 Fevral 2025 22:42
Azərbaycanda sağlam doğuşla əlaqədar həkimlərə bonuslar veriləcək
30 Yanvar 2025 12:03
Süni intellekt texnologiyalarıyla əlaqədar sahibkarlara güzəştli kreditlər veriləcək
19 Mart 2025 14:33
Konstitusiya və Suverenlik İli ilə əlaqədar metro stansiyalarına yeni adlar veriləcək
11 Fevral 2025 16:17

