Icma.az
close
up
RU
Ramil əsərdə qadın sürəti də istədi, o zaman ...

Ramil əsərdə qadın sürəti də istədi, o zaman ...

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Mən bu operada Nəsimini bir hürifi şairi, bir əqidə mübarizi kimi deyil, həm də Azərbaycanı birləşdirməyə, daha da qüvvətli etməyə köklənmiş bir insan kimi verməyə çalışmışam".

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Nəsimi" operasının libretto müəllifi akademik Rafael Hüseynov deyib.

Akademik operanın yaranma tarixçəsi ilə bağlı maraqlı məqamlardan danışıb:

"Böyük azərbaycanlı İmaməddin Nəsiminin doğulduğu ildən 1369-cu ildən, eləcə də qətlə yetirildiyi 1417-ci ildən çox zaman ötüb. Ancaq bu cür şəxsiyyətlər gəlirlər, onları nə tarixdən silmək, nə də onları insanların yaddaşından çıxarmaq olur. Belə şəxsiyyətlər yalnız şeirləri ilə yaşamırlar, Nəsiminin zamanında musiqiləşmiş, insanların dilinə düşmüş, təsnifə çevrilmiş bir şeiri onun təzədən qayıdışı demək idi. 15 yaxud 16 -cı əsrdə çəkilmiş hansısa bir miniatür onun yenidən doğulması demək idi. Zamanında bizim görkəmli yazıçımız İsa Hüseynov İmaməddin Nəsimi haqda gözəl bir əsər yazdı, unudulmaz, böyük rejissorumuz Həsən Seyidbəyli misilsiz bir film çəkdi və Nəsimi sanki Azərbaycan insanı üçün yenidən qayıtdı.

Amma aradan zaman keçir, yeni nəsillər gəlir və Nəsiminin bu xalqa daha da yaxınlaşmasına ehtiyac var. "Nəsimi ili"ndə biz Nəsimi haqda bir əsər üzərində işləməyə başladıq. Əslində opera kimi düşünülmürdü. Bizim istedadlı opera müğənnimiz Ramil Qasımovun istəyi idi və məndən xahiş etmişdi ki, 15-20 dəqiqəlik tək özü ifa edəcəyi kompozisiya üçün mətn yazım. Musiqi üçün də Siyavuşdan xahiş etdik. Belə bir kompozisiya yarandı. Bir müddətdən sonra Ramil əsərdə qadın sürəti də istədi və mən o zaman Nəsiminin sevgilisi obrazını əlavə etdim. Bir az da keçdi, süjetin genişlənməsinə ehtiyac duyuldu və "Nəsimi ili" arxada qaldı. İl arxada qalsa da, bizim Nəsimiyə olan sevgimiz daha da artdı. Qərara aldıq ki, kompozisiya operaya dönüşsün".

R.Hüseynov əlavə etdi ki, Azərbaycan opera səhnəsini bəzəyəcək çox qiymətli əsər yaranıb: "İnanıram ki, əsərdə Nəsimi ruhunun parlaqlığı ilə görünməsi Azərbaycan xalqını cəlb edəcək və uzun illər cazibəsində saxlayacaq".

Fotolar: Elnur Muxtar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 21 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri