Icma.az
close
up
RU
Ramil Şeydayev Azərbaycan futbolu üçün tükənibmi? açıqlamalar

Ramil Şeydayev Azərbaycan futbolu üçün tükənibmi? açıqlamalar

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Neftçi”nin iki mövsüm əvvəl böyük həvəslə transfer etdiyi, milyonlarla pul verdiyi Ramil Şeydayev yiyəsiz qalıb.

Əvəzedici komandaya göndərildiyi deyilən futbolçuya orda da yad adam kimi baxırlar. Bildiyimizə görə, Ramil indi fərdi qaydada məşq edir, formasını qorumağa çalışır.
Görəsən, Ramil Şeydayev Azərbaycan futbolu üçün tükənibmi? Karyerasının belə alınmasında, formasında kəskin eniş yaşanmasında özü nə dərəcədə günahkardı? Günahkar özüdü, yoxsa başqaları? Ümumiyyətlə, ona məsləhətiniz nədi? Bu sualları menecer Tural Əsgərovlə Vaqif Heydərliyə ünvanladıq.
Tural Əsgərov:

“Ramil Şeydayevin tükəndiyini deyə bilmərəm. Onun karyerasında daha əvvəllər də eniş olub, daha sonra bərba edib, yüksəlişə keçə bilib. Çünki futbolçudu, güclü xarakterə malikdi. Bundan sonra da yüksəliş yaşaya bilər. Karyerasında belə kəskin enişə görə kimdəsə günah görmək olmur. Futbolda belə şeyi demək çətindi. Düzdü, yekun qərarı o özü verir. Futbolçunun əsas işi qazanmaqdı. Ona görə də Ramilin Taylanda, ya da Türkiyəyə gedişinin səhv olduğunu deyə bilmərik. Desək ki, Ramil o vaxt “Qarabağ”dan Asiyaya, ya da ordan “Kocaelispor”a getməsəydi, daha yaxşı olacaqdı – bu da həqiqət deyil. Faktdı ki, bu keçidlər onun karyerasında enişə səbəb oldu. Karyerasını bitirəndən sonra Ramilin özündən soruşmaq lazımdı ki, bu qərarlara görə peşmansan, ya yox”.


Vaqif Heydərli:

“Tükəndiyini demək olmaz. Niyə tükənsin ki?! Elə də yaşlı deyil. Olur da, bəzən karyerada nəsə alınmır. Qərarların səhv olduğunu əvvəldən bilmək olmur. Bəlkə düşünüb ki, “Qarabağ”da yaxşı oynayıramsa, formadayamsa, Taylandda daha yaxşı oynayacam. Eyni qaydada Türkiyə 1-ci liqasında da. Doğru qərarlar versəydi, daha yaxşı, uğurlu olardı. “Qarabağ”dan əvvəl də tükəndiyi deyilirdi. Getdi “Qarabağ”a, yaxşı oynadı, bombardir oldu. Ona görə də tükəndiyini demək olmaz. Belə düşünmürəm. Bəlkə doğru məşqçisini, komandasını tapanda yenidən dirçələcək. Çünki onda futbolçu bacarığı var, görmüşük. Düşüncəsini dəyişəndə, yaxşı əhval-ruhiyyədə olanda yaxşı oyun da göstərir. Günah heç vaxt birtərəfli olmur. Futbolunun özündən asılıdı. Ramil də xarakter göstərməlidi, daha çox mübarizə aparmalıdı. Bir klubda rəhbərlik, bir klubda məşqçi ilə problem olur. Amma əsas problem futbolçunun özü ilə bağlıdı. Hardasa problem olursa, xarakter göstərməli, dönüş etməlidi”.


MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri