Ramilin “qavaldaş daşı” məhv edilməyəcək Natiq Şirinov uduzdu
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xalq artisti Natiq Şirinovla ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında xeyli vaxtdır davam edən məhkəmə çəkişmələri başa çatıb.
Bu barədə “Qafqazinfo”ya Ramil Cahangirovun vəkili Gülşən Salmanova məlumat verib.
Vəkilin sözlərinə görə, Ali Məhkəmə nağaraçıların işində son qərarını elan edib. Natiq Şirinov keçmiş qrup üzvünə qarşı maraqlı iddia irəli sürmüşdü. O, Ramil Cahangirovu ona məxsus “qavaldaş nağara” əsərindən qanunsuz istifadə etməkdə ittiham edirdi.
Xalq artisti həmkarından üzr istəməsini və 55 min manat təzminat ödəməsini tələb etmişdi. İşə əvvəlcə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə iddianı əsassız sayaraq rədd edib. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Natiq Şirinovun iddiasını qismən təmin edib.
Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qaval daşı məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.
Ramil isə bu qərarla razılaşmayıb, bu əsasla kassasiya şikayəti verib. Bu gün Ali Məhkəmə tərəfləri yenidən dinləyib və apellyasiya instansiyasının qərarını qanunsuz hesab edib. Son qərarla Natiq Şirinovun iddiasının qismən təmil ediməsi ilə bağlı əvvəlki qərar tamamilə rədd edilib.
Hakim bəyan edib ki, “qavaldaş daşı”dan istənilən nağaraçı istifadə edə bilər və bu halda “mənə məxsusdur” ifadəsi əsassız sayılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 10 Oktyabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















