Icma.az
close
up
RU
Ramin Hacılı Prezidentdən kömək istədi

Ramin Hacılı Prezidentdən kömək istədi

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müstəqil bloger, ictimai fəal, Azərbaycan Avropa Hərəkatının 5 ilə yaxındır həbsdə olan sədri Ramin Hacılı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

O, oxşar məzmunlu müraciəti birinci vitse-prezident Mehriban Əliyevaya, Prezidentin Hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi Fuad Ələsgərova, Ədliyyə naziri Fərid Əhmədova, Ombudsman Səbinə Əliyevaya, Ali Məhkəmənin sədri İnam Kərimova, Baş prokuror Kamran Əliyevə, Mətbuat Şurasının sədri Rəşad Məcidə və millət vəkilləri Zahid Oruc ilə Fazil Mustafaya da göndərib.

Qaynarinfo həmin müraciətini təqdim edirik:

"Möhtərəm cənab Prezident!

Nöqsanlarına görə məhkəmə sistemindən xaric edilmiş Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə 9 iyul 2021-ci il tarixində həbs olunmuşam və həmin dövrdən etibarən həbsdə saxlanılıram. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdim.

Mənə qarşı irəli sürülmüş bütün ittihamlar 2018-ci ilə qədərki dövrə aiddir. Bu isə sübut edir ki, Sizin tövsiyə məktubunuz əsasında azadlığa çıxdıqdan sonra heç bir qanunsuz əməlim olmayıb. Əvvəlki dövrə aid ittihamlar isə yekun məhkəmə qərarına əsasən təsdiqini tapmadı. Belə ki,

şikayətim əsasında aparılmış araşdırmalarla məlum oldu ki, mən kimlərdənsə pul alıb hansısa vəzifəli şəxslərə rüşvət kimi verməmişəm. Buna görə də Bakı Apellyasiya Məhkəməsi mənə CM-nin 32.4,312.2-ci maddəsi üzrə bəraət verdi. Prokuror həmin bəraət qərarından protest versə də, Ali Məhkəmə həmin protesti rədd etdi və mənə bəraətin düzgün verildiyini təsdiqlədi.

Bununla yanaşı, CM-nin 29,178.3.1-ci maddəsi (dələduzluğa cəhd) ilə mənə təyin edilmiş cəza Ali Məhkəmənin bəhs etdiyim 28 iyun 2024-cü il tarixli yekun qərarına əsasən üzərimdən götürüldü və barəmdə təyin olunmuş cəza qismən azaldılaraq 7 ilə endirildi. Həmçinin istintaq dövründə həbsdə saxlanıldığım 9 ay 10 gün müddət təyin olunmuş ümumi cəzadan çıxılaraq üzərimdə 6 il 2 ay 20 gün saxlanıldı.

Bütün bunlarla yanaşı, Ali Məhkəmənin qeyd etdiyim qərarından aydın olur ki, mən kimlərəsə qarşı dələduzluq etməmişəm. Belə ki, məhkəmə qərarlarında mənə münasibətdə zərərçəkmiş qismində heç kim tanınmayıb. Ümumiyyətlə, cinayət işi üzrə dindirilmiş hər kəs mənə qarşı şikayət və tələbinin olmadığını bildirib. O cümlədən cinayət işi materiallarından və məhkəmə qərarlarından görünür ki, mən nə hansısa cinayətkar qrupla əməkdaşlıq etməmişəm, nə də saxta sənəd hazırlamamışam.

Çox hörmətli möhtərəm Prezident!

Mənim 10 yaşım olanda atam, anam və kiçik qardaşımla birlikdə məcburi köçkün kimi Füzuli rayonundan Bakıya gələrək vaqonda məskunlaşdıq. Orta və ali məktəbi vaqonda yaşadığım müddətdə bitirdim. 23 yaşım olanda atamı itirmişəm. Atamın dəfnində iştirak edən müəllimim mənə demişdi: "Sən özünü yetim sayma, dövlətini sev və ona qüdrətlənməsi üçün xidmət et ki, dünyanın harasında dara düşsən sənə sahib çıxacaq güclü dövlətin olsun!”.

O vaxtdan etibarən hər zaman dövlətimizin inkişafına töhfə verməyə çalışmışam, imkanım olan bütün arenalarda ölkəmizin mövqeyini müdafiə etmişəm. Ali təhsil aldıqdan sonra ölkəmizə fayda verə bilmək üçün ictimai-siyasi fəaliyyətlə məşğul olmuşam, dövlətə və cəmiyyətə fayda verə biləcək işlərdə çalışmışam.

Xüsusən Qarabağın azad edilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətə dəstək olmuşam. Aparılan mövcud siyasətin strateji olaraq uğur qazanacağına inanmışam. Bu güvənim öz təsdiqini tapdı və həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində dövlətimiz ərazi bütövlüyünü tam bərpa etdi.

2013-cü ildə beynəlxalq təşkilatların iştirakı ilə Ermənistanda "Dağlıq Qarabağ münaqişəsinin həllində Vətəndaş Cəmiyyətinin rolu” mövzusunda keçirilən müzakirələrdə Azərbaycanın təmsilçisi kimi iştirak edərək İrəvan şəhərində dövlətimizin haqlı mövqeyini müdafiə etdim.

2019-cu ilin iyun ayında Bakıdan Horadizə ayaqla (piyada) təkbaşına sivil yürüş edərək dünya birliyinin diqqətini erməni işğalına çəkməyə nail oldum. Paşinyan rejiminin militarist fəaliyyətinə etiraz olaraq etdiyim bu dinc aksiya erməni cəmiyyətində rezonansa səbəb oldu.

27 sentyabr 2020-ci ildə Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu Sizin rəhbərliyinizlə haqq yürüşünə başlayanda tam gücümlə bu müqəddəs amala dəstək oldum. Əvvəllər olduğu kimi erməni təcavüzünə qarşı savaşda əlimdən gələni etdim və yenə də etməyə hazıram.

Bəhs etdiyim fəaliyyətlərimlə mediadan və vikipediya hesabımdan daha ətraflı tanış olmaq olar.

Çox hörmətli cənab Prezident!

Sizə tam səmimiyyətimlə və qürurla deyirəm ki, dövlətimizə və vətənimizə hər zaman xidmət etmişəm, sadiq olmuşam.

Baxmayaraq ki, mənə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və min bir əzab içində həmin cəzanın 4 il 9 aydan çox hissəsini çəkmişəm, hazırda da çəkməkdəyəm, yenə də dövlətimizə olan inamımı, sədaqətimi qorumuşam. Nə hansısa başqa dövlətə, nə də hansısa xarici quruma müraciət etmişəm.Yalnız Azərbaycan dövlətinin ədalətinə güvənmişəm.

Həyatımın bu ağır dönəmində bütün provakasiyalara, məhrumiyyətlərə sinə gəldim, bütün şirnikləndirici təklifləri rədd etdim və vətənimə sədaqətimi qorudum. Hazırkı çətin şəraitdə belə qoruyuram. Bəli, həyatı dağılmış, üfüqlərdə zülmət görünən ağır şəraitdə, sönməkdə olan ümidlərlə və 63 yaşlı bronxial astma xəstəsi anamın mənə ehtiyacı olduğu bir məqamda dövlətimizin məni xilas edəcəyi günü gözləməkdəyəm.

Düzdür, gün keçdikcə gələcəyə olan ümidlərim ölməyə başladığı bir vaxtda içimdə saf bir inam hissi var ki, bu səmimi müraciətim və bütün çətinliklər qarşısında mərd, sadiq və fədakar duruş sərgiləməyim qiymətləndiriləcək.

Sizin Azərbaycanın yeni mərhələyə qədəm qoyması ilə bağlı verdiyiniz açıqlama məndə gələcəyə böyük inam yaratdı və 2024-cü ildə baş tutmuş Növbədənkənar Prezident Seçkilərində saxlanıldığım cəzaçəkmə müəssisəsində Sizə ilk səs verənlərdən oldum.

Əlavə olaraq mətbuat vasitəsilə ünvanladığım təbrik məktubunda uğurlu siyasi kursun bundan sonra da davam edəcəyinə görə şad olduğumu qeyd edərək Azərbaycanın dünyada qüdrətli dövlətə çevirilməsi, ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa etməsi, vətəndaşların sabitlik və məmnunluq içində yaşamasının Sizin rəhbərliyiniz altında həyata keçirilən intibaha söykənən siyasətin nəticəsi olduğunu bildirdim.

Bir vətəndaş kimi mən də bizləri hazırkı inkişafa gətirmiş siyasi kursu dəstəklədiyimi bəyan edirəm və çox istərdim ki, yurddaşlarım kimi mən də işğaldan azad olunmuş doğulduğum Füzuli rayonuna gedib atamın məzarını ziyarət edə bilim, mənə ehtiyacı olan anamın, yolumu gözləyən doğmalarımın yanında olum.

Hörmətli Zati-Aliləri!

Hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıram. Ali Məhkəmənin yekun qərarı ilə mənə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasının artıq 4 il 9 ay müddətini çəkmişəm və hazırda 2 il 3 aydan da az hissəsi qalıb. Bu isə o anlama gəlir ki, mən təyin edilmiş cəzanın 2/3 hissəsini çəkmişəm.

Həbsdə olduğum bu müddət ərzində hər hansı bir qayda pozuntusuna yol verməmişəm, barəmdə heç vaxt cəza tədbiri görülməyib. Həm saxlanıldığım müəssisələrin əməkdaşları ilə, həm də digər məhkumlarla çox yaxşı münasibət qurmuşam.

Həmçinin bu müddətdə baş tutmuş Prezident, Parlament və Bələdiyyə seçkilərində aktiv iştirak etmişəm. O cümlədən 2024-cü ilin may ayında Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş şahmat turnirinin təşkilatçılarından olmuşam.

Ölkəmizdə keçirilən COP29 tədbirinin uğurla başa çatması münasibətilə mətbuatda təbrik məktubu ilə çıxış etmişəm. 

Sizdən yuxarıda etdiyim qeydləri, həmçinin mənə qarşı hər hansı bir şəxsin şikayət və tələbinin olmamasını, səhhətimdə olan problemləri, ittiham olunduğum əsas maddələr üzrə mənə bəraət verilməsini, beynəlxalq arenada ölkəmizin tanıdılması istiqamətində işlər görmüş və rəsmi dövlət qeydiyyatı olan nüfuzlu ictimai təşkilatın rəhbəri olmağımı, ictimai-siyasi fəaliyyətim dövründə ölkəmizə fayda verməyimi, yaşayış yerim üzrə müsbət xarakterizə olunmağımı, ailə vəziyyətimi, atamın vəfat etməsi səbəbindən II qrup əlil anamın tək qalmasını, ümumilikdə 4 il 9 aydan çox müddətdir həbsdə olduğumu, həbsdə olduğum dövrdə nümunəvi davranışımı, yalnız Sizə və dövlətimizə güvənərək müraciət etməyimi, Cəzaların İcrası Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq hüquqi əsasın yaranmasını nəzərə alaraq cəzanın qalan hissəsini Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində çəkməyimə köməklik etməyinizi xahiş edirəm. Güvən və sayqı ilə əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm!

Dərin hörmətlə, Ramin Hacılı".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 İyun 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see323

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see268

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see268

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see260

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see249

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see228

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see226

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see224

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see210

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see210

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see207

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see205

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see202

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see197

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see197

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see192

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see186

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see183

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see179

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri