Icma.az
close
up
RU
Ramin Məmmədov Astarada dini ibadətgahların fəaliyyəti ilə tanış olub

Ramin Məmmədov Astarada dini ibadətgahların fəaliyyəti ilə tanış olub

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Astara rayonu Ərçivan qəsəbəsində "Məhəmməd Hənəfiyyə” və Vəznəş kənd məscidlərini ziyarət edib.

525.az xəbər verir ki, məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüş zamanı komitə sədri multikultural dəyərlərin qorunması, eyni zamanda tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinin dövlətin diqqət mərkəzində olduğunu vurğulayıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin siyasəti ölkədə dövlət-din münasibətlərinin ən yüksək səviyyədə tənzimlənməsini təmin edir. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada bütün dinlərə hörmətlə yanaşılır, bərabər münasibət göstərilir. Ölkədə müxtəlif dinlərə aid ibadət yerlərinin tikintisi, təmir edilməsi və bərpası, mütəmadi olaraq dini qurumlara maddi yardım ayrılması dövlətin dini dəyərlərə həssas münasibətini əks etdirir.

Görüşlərdə, həmçinin dini radikalizmlə mübarizə, dini maarifləndirmə tədbirlərinin davam etdirilməsi və dövlət-din münasibətlərinin inkişafı istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib. Dini icmaların fəaliyyətinin şəffaf və qanunvericiliyə uyğun şəkildə təşkil edilməsinin vacibliyi vurğulanıb. Dövlət komitəsinin sədri din xadimlərini vətəndaş birliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib, onları gənclərin milli-mənəvi ruhda tərbiyəsində fəal olmağa çağırıb.

Din xadimləri dövlət tərəfindən onlara göstərilən qayğını yüksək dəyərləndirdiklərini qeyd edərək dini dəyərlərin qorunmasına həssas münasibətdən məmnunluqlarını ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://525.az
archiveBu xəbər 05 İyun 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri