Icma.az
close
up
RU
Ramin Məmmədov: Dövlət din münasibətləri sağlam inkişaf xətti üzərindədir

Ramin Məmmədov: Dövlət din münasibətləri sağlam inkişaf xətti üzərindədir

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda Azərbaycan Din Xadimlərinin İkinci Forumunda söyləyib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ötən il keçirilmiş Forumun iştirakçılarına müraciəti ideoloji məzmun və konseptual mahiyyətinə görə bir neçə vacib istiqaməti əhatə edirdi:
"Məhz həmin müraciətdə ifadə olunan strateji hədəflər ötən bir il ərzindəki fəaliyyətimizə istiqamət vermiş və bizi bugünkü Forumu təşkil etməyə ilhamlandırmaqla yanaşı onun gündəliyini də müəyyənləşdirmişdir. Geridə qalan dövr aydın şəkildə göstərdi ki, cənab Prezident tərəfindən vurğulanan hədəflər sistemli və davamlı fəaliyyət üçün mükəmməl yol xəritəsidir və bundan sonra da atacağımız addımlarda əsas istinad nöqtəsi olmalıdır. Müraciətin verdiyi əsas mesajlardan biri bundan ibarət idi ki, Azərbaycan dünyəvi dövlət olmaqla yanaşı, dini fərqliliklərə hörmətlə yanaşan ölkədir. Bizim Vətənimiz tarixən müxtəlif sivilizasiyaların qovuşduğu, fərqli etnosların və dinlərin bir ailə kimi, qarşılıqlı hörmət və sevgi şəraitində yaşadığı nadir mənəviyyat mərkəzlərindən biri olmuşdur.
Bu coğrafiyada tolerantlıq hər bir azərbaycanlının mənəvi dünyasına həkk olunmuş həyat tərzidir. Qədim Qafqaz Albaniyasından bizə miras qalan məbədlər, İslamın gəlişi ilə mənəvi dünyamızın formalaşmasına güclü təsir göstərən əzəmətli minarələr, sinaqoqlar və kilsələr vahid, bölünməz və zəngin mənəvi irsimizin əsas dayaqlarıdır. İkinci vacib mesaj bundan ibarət idi ki, ölkəmizdə din siyasəti demokratik, hüquqi, dünyəvi dövlətçilik prinsiplərinə və beynəlxalq normalara əsaslanır.
Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi nailiyyətlərlə deyil, eyni zamanda sarsılmaz mənəvi dayaqlara, inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinə söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir. Sahib olduğumuz dövlət-din münasibətləri modeli hüquqi müstəvidə tənzimlənən sistem olmaqla yanaşı, xalqımızın min illər ərzində formalaşan, tarixin ən çətin sınaqlarından keçərək cilalanan yüksək mədəniyyətinin, dözümlülüyünün və humanist dünyagörüşünün əyani təzahürüdür.
Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətimizin və milli kimliyimizin ən fundamental prioritetlərindən biridir. Birmənalı şəkildə deyə bilərik ki, müasir Azərbaycanda dövlət-din münasibətlərinin sivil, dünyəvi və milli dəyərlərə söykənən konseptual əsasları Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər dövlət idarəçiliyinin ən mürəkkəb dönəmlərində böyük siyasi uzaqgörənliklə müəyyənləşdirmişdi ki, müstəqilliyini bərpa etmiş bir xalqın birliyini təmin edən ən mühüm faktor məhz milli-mənəvi dəyərlərə və tarixi köklərə qayıdışdır.
Bu yanaşma konyuktur xarakterli deyil, hüquqi əsaslara söykənən, ardıcıl və prinsipal xarakter daşıyır. Din azadlığı yalnız formal hüquq kimi deyil, Konstitusiya ilə təmin olunmuş real bir dəyər kimi təqdim olunur. Bu o deməkdir ki, din dövlət idarəçiliyinin alətinə çevrilmir, eyni zamanda dövlət dinə qarşı laqeyd mövqe tutmur və bütün konfessiyalar bərabər hüquqlara, imkanlara malikdirlər. Bu prinsip dövlətimizin vicdan azadlığına verdiyi ali dəyərin və hüquqi ehtiramın bariz nümunəsidir.
Ulu Öndər Heydər Əliyevin dühası sayəsində Azərbaycanın dünyəvi dövlət quruluşu ilə mənəvi dəyərlər arasında elə bir üzvi və balanslı vəhdət formalaşdırıldı ki, bu modeldə din dövlətdən ayrı olsa da, cəmiyyətin mənəvi sağlamlığının və ictimai harmoniyanın ayrılmaz tərkib hissəsidir. Bu yanaşma çərçivəsində hər bir vətəndaşın dini etiqad azadlığı Konstitusiya səviyyəsində təsbit olundu, bütün inanc sahiblərinin dövlət tərəfindən qayğı ilə əhatə edildiyi tolerantlıq məktəbinin möhkəm təməli qoyuldu.
Ulu Öndərin memarı olduğu bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni dövrün qlobal çağırışlarına uyğun olaraq daha da zənginləşdirildi, ölkəmiz dünya miqyasında multikulturalizm mərkəzinə, sivilizasiyalararası dialoqun həlledici platformasına çevrildi. Milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlar, inşa və bərpa edilən dini abidələr dövlətimizin öz keçmişinə və gələcəyinə olan sadiqliyinin parlaq nümunələrindəndir.
Bu mənəvi quruculuq prosesində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətlərini xüsusi qeyd etməliyik. Fondun xətti ilə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda həyata keçirilən layihələr çərçivəsində onlarla tarixi-dini abidələr bərpa edilmiş, yeniləri inşa olunmuşdur. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdəki mənəvi irsimizin dirçəldilməsi istiqamətində Fondun apardığı genişmiqyaslı bərpa işləri nəticəsində dağıdılmış məscid və məbədlərimiz öz əzəli ruhuna qovuşur, mənəvi bütövlüyümüzün sarsılmazlığı bir daha təsdiq olunur.
Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun Zəfərin beşinci ildönümünə həsr olunmuş, Zəngilan, Laçın və Şuşa kimi müqəddəs guşələrimizi əhatə edən “Mənəvi dəyərlər” həftəsi də gənclərimizin tarixi ənənələrimizə və milli kimlik şüuruna bağlılığının artırılmasına töhfə vermək məqsədi daşıyan təşəbbüs idi. Alban-Udi xristian dini icmasının üzvlərinin azad edilmiş ərazilərdəki qədim ibadətgahlara mütəmadi səfərlərinin təşkili isə dünyaya bir daha bəyan edir ki, Azərbaycan dövləti bu torpaqlardakı bütün dini mirası eyni dərəcədə doğma sayır və onları öz himayəsində saxlayır.
Cənab Prezidentin ötənilki müraciətində təqdim olunan digər bir mühüm mesaj isə məhz din xadimlərinə ünvanlanmışdı. Bu mesajın fəlsəfəsi, din xadimlərinin yalnız ibadət məkanlarının rəhbərləri kimi deyil, həm də mənəvi dəyərlərin daşıyıcıları, cəmiyyətin sağlam düşüncə ruhunda formalaşmasında mühüm təsir gücünə malik şəxslər olduğunu göstərir. Mənəvi-əxlaqi tərbiyə işinin təkmilləşdirilməsi çağırışı müasir dövrdə qloballaşma, informasiya bolluğu və dəyər aşınması fonunda xüsusi aktuallıq kəsb edir. Bu isə dünyəvi dövlətçilik prinsipləri ilə ziddiyyət təşkil etmir, əksinə, onları tamamlayır.
Qeyd edim ki, ötən müddət ərzində bu fəaliyyət düşünülmüş ideoloji və maarifləndirici işlərlə müşayiət olunmuşdur. Dövlət qeydiyyatına alınmış yüzlərlə dini qurumun, müxtəlif konfessiyaların bərabər şəraitdə fəaliyyət göstərməsi Azərbaycanın demokratik və tolerant imicini beynəlxalq aləmdə ucaldan mühüm amillərdəndir. Azərbaycanın dövlət-din modelinin beynəlxalq arenada sülh adası kimi təbliği istiqamətində sistemli addımlar atılmış, dünyanın nüfuzlu beyin mərkəzləri və beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq platformaları yaradılmışdır.
Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyət dairəsini genişləndirərək onlarla xarici ali təhsil müəssisəsi ilə tərəfdaşlıq sazişləri imzalaması milli ilahiyyat elmimizin dünya elmi mühitinə inteqrasiyası baxımından böyük nailiyyətdir. Müasir standartlara cavab verən, milli kadr potensialını formalaşdıran bu təhsil müəssisəsi dövlətçilik ruhunda yetişəcək gənc ilahiyyatçıların əsas ocağına çevrilmişdir. Mənəvi mühitin qorunması təkcə fiziki bərpa ilə kifayətlənmir, bura həm də xalqın mənəvi maarifləndirilməsi və intellektual səviyyəsinin yüksəldilməsi daxildir.
Bu baxımdan "Hər məsciddə kitabxana" layihəsi sayəsində məscidlərimiz təkcə dini ibadət məkanı deyil, həm də fəlsəfə, tarix, dünya ədəbiyyatı və klassik irsimizi əks etdirən zəngin bilik mərkəzlərinə çevrilir. Layihənin əsas məqsədi dindarlar arasında, xüsusən də gənc nəsildə geniş dünyagörüşü formalaşdırmaq, onları dini radikalizmdən və xurafatdan uzaq tutmaqdır. Çünki, sağlam dini biliklər elmlə və milli tarixlə vəhdət təşkil etdikdə cəmiyyət üçün daha faydalı olur.
Xarici ölkələrin dini liderlərinin və diplomatik korpus nümayəndələrinin ölkəmizə mütəmadi səfərlərinin təşkili, onların Azərbaycanın tolerantlıq mühiti ilə tanış olması ölkəmizə qarşı yönəlmiş qərəzli ideoloji kampaniyaların qarşısının alınmasında mühüm rol oynamışdır. Çünki Azərbaycan həqiqətlərinin, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki dini irsimizin taleyini və dövlətimizin onlara sahib çıxma əzminin beynəlxalq ictimaiyyətə çatdırılması son dərəcə mühüm əhəmiyyət kəsb edir.
Bu ilin mənəvi həyatında xüsusi çəkiyə malik olan ən yaddaqalan hadisələrdən biri noyabr ayında keçirilən “Fərqliliyin rəngi” festivalı olmuşdur. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən bu möhtəşəm tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq mühitinin canlı nümayişinə çevrildi. Festivalda müxtəlif dini icmaların ənənələrini əks etdirən nəşrlər, milli geyim nümunələri və əl işləri ölkəmizdəki dini-mədəni müxtəlifliyin nə dərəcədə zəngin olduğunu bir daha sübut etdi.
Fərqli inancların daşıyıcıları olan konfessiyaların musiqi qruplarının eyni səhnədə çıxış etməsi, mənəvi vəhdət nümayiş etdirməsi festivalın əsas qayəsi olan dinlərarası harmoniya mesajını bütün dünyaya çatdırdı. Əminliklə deyə bilərik ki, bu festival Azərbaycanın dünyaya "dinlər savaşı"na alternativ olaraq təqdim etdiyi sülh və qardaşlıq modelinin unikal təqdimatı oldu.

Hörmətli Forum iştirakçıları,
Azərbaycanın bu gün tətbiq etdiyi dövlət-din münasibətləri modeli bizim milli sərvətimizdir. Biz fəxr edirik ki, ölkəmizdə məscidlərin, kilsələrin və sinaqoqların qapıları hər kəsin üzünə eyni səmimiyyətlə açılır və bu ibadətgahların hər biri dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur. Tolerantlıq və multikulturalizm bizim şərəfli keçmişimiz olduğu qədər, həm də parlaq və firavan gələcəyimizin zəmanətidir.
Dövlətimizin qüdrətlənməsi, xalqımızın birliyinin daha da möhkəmlənməsi və multikultural dəyərlərimizin bütün dünyada təbliği naminə birlikdə, daha da əzmlə çalışmalıyıq. Çünki bu mənəvi bütövlüyü qorumaq hər birimizin müqəddəs vətəndaşlıq borcu və əcdadlarımızdan miras qalan müqəddəs missiyadır".
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Dekabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri