Icma.az
close
up
RU
Ramin Məmmədov: İslamofobiyaya meyillilik son illər rəqəmsal media platformalarında da müşahidə edilir

Ramin Məmmədov: İslamofobiyaya meyillilik son illər rəqəmsal media platformalarında da müşahidə edilir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 26 may, AZƏRTAC

İslamofobiyaya meyillilik son illərdə bütün dünyada artır və bu, artıq təkcə fərdi münasibətlər səviyyəsində deyil, rəqəmsal media platformalarında da müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfransın plenar iclasında deyib.

O qeyd edib ki, islamofobiya sadəcə dini dözümsüzlük deyil. Bu, eyni zamanda, sosial-psixoloji problemdir, cəmiyyətlərdə gərginlik və qarşıdurma toxumu səpir. Siyasi və ideoloji məqsədlərlə istifadə olunduqda isə daha təhlükəli forma alır. Qeyri-tolerantlıq bir millətin və ya fərdin problemi deyil, bu, ölkələri geri salan, cəmiyyətlərin inkişafını ləngidən zərərli yanaşmadır.

“İslamofobiyaya qarşı mübarizə apararkən onun yalnız təzahürlərinə deyil, eyni zamanda, köklərinə də nəzər salmalıyıq. Bu kökləri anlamaq, onları ifşa etmək və aradan qaldırmaq üçün daha genişmiqyaslı, strateji yanaşmalar tətbiq edilməlidir. Bu məsələdə multikulturalizm təcrübəsi olan ölkələrdən nümunə götürmək böyük əhəmiyyət daşıyır.

Azərbaycan bu baxımdan nümunəvi ölkələrdən biridir. Ölkəmizdə yaşayan hər bir şəxs dini və etnik mənsubiyyətindən asılı olmayaraq özünü tamhüquqlu vətəndaş kimi hiss edir. Azərbaycan cəmiyyətində hökm sürən qarşılıqlı hörmət və tolerantlıq, multikultural dəyərlərin dövlət siyasətinin ayrılmaz hissəsi olması islamofobiyaya qarşı ən güclü cavablardan biridir.

Təəssüflə qeyd etməliyik ki, bəzi hallarda islamofobiyadan siyasi məqsədlər üçün istifadə olunur. Bunun ən bariz nümunəsini Ermənistan tərəfindən işğal dövründə müşahidə etdik. Həmin dövrdə Azərbaycanın dini və mədəni irsi, xüsusilə də məscidlər dağıdılıb, təhqirə məruz qalıb”, - deyə R.Məmmədov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see305

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see274

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see229

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see229

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see211

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see206

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see188

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see182

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see167

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see160

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see156

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see154

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see154

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see153

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see151

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see148

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri