Icma.az
close
up
RU
Ramin Məmmədov Mərakeşdə bir sıra görüşlər keçirib

Ramin Məmmədov Mərakeşdə bir sıra görüşlər keçirib

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Rabata səfəri çərçivəsində Mərakeş Krallığının Dini Vəqflər və İslam İşləri naziri Əhməd Toufiq, Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədin müşaviri Andre Azuley ilə görüşüb.
Newscenter.az xəbər verir ki, Komitə sədri Azərbaycanın müxtəlif dinlər arasında həmrəyliyin gücləndirilməsi istiqamətində böyük səylər göstərdiyini qeyd edərək, keçirilən tədbirlərin, ikitərəfli görüşlərin daha möhkəm qarşılıqlı əlaqələrin qurulmasına, sülhün və dialoqun inkişafına xidmət etdiyini deyib. Ölkəmizin dinlər və mədəniyyətlərarası münasibətlərin inkişafına verdiyi töhfələrdən danışan Komitə sədri Azərbaycanda tarixən müxtəlif konfessiyaların nümayəndələrinin vahid bir ailə kimi mehriban şəraitdə yaşadıqlarını xatırladıb.
R.Məmmədov ölkəmizin Ermənistan tərəfindən işğal və hərbi təcavüzlə üzləşdiyi 28 ildən artıq müddətdə maddi-mədəniyyət nümunələri, həmçinin İslam və Xristianlıq dininə aid ibadət ocaqlarının darmadağın edilməsindən danışıb. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işləri barədə də məlumat verib.
Hər iki görüşdə iştirakçılar Azərbaycanın dünyada birliyin bərqərar olunması istiqamətində irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirərək mədəniyyətlər və dinlərarası əlaqələrin, multikultural dəyərlərin möhkəmlədilməsinə verdiyi töhfələrdən danışıblar. Bildirilib ki, Azərbaycanın bu sahədə nailiyyətləri dünyada uğurlu örnək kimi qəbul edilir.
Qeyd edək ki, dekabrın 17-də “Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak məqsədilə Mərakeş Krallığının Rabat şəhərinə səfər etmiş nümayəndə heyətinin tərkibində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, deputatlar və ölkəmizdə fəaliyyət göstərən müxtəlif konfessiyaların nümayəndələri yer alır.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 18 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see684

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see386

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see240

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see218

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see194

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see189

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see187

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see185

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see184

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see183

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see182

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see177

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see174

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see174

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see172

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri