Ramin Məmmədov Portuqaliyada 10cu Qlobal Forumunda iştirak edəcək Yeni Gündəm
Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının (UNAOC) 25-27 noyabr tarixlərində Portuqaliyanın Kaşkayş şəhərində keçiriləcək 10-cu Qlobal Forumunda iştirak edəcək.
Bu barədə “Yeni Gundem”ə komitədən məlumat verilib.
Bildirilib ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının Dostlar Qrupunun 160 üzvü, siyasi liderlər, beynəlxalq və regional təşkilatların nümayəndələri, dini liderlər və din xadimlərinin iştirakı nəzərdə tutulur.
Forumda “Sülh birliyi: İnamın bərpası, gələcəyin yenidən qurulması: bəşəriyyət naminə iyirmi illik dialoq ətrafında müzakirələr” mövzusunda sülh və təhlükəsizlik, dünyada etimad və həmrəyliyin bərpa edilməsinə aid qlobal problemlərin müzakirəsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 26 Noyabr 2024 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















