Icma.az
close
up
RU
Ramin Məmmədov xarici nümayəndələrlə əməkdaşlığı müzakirə edib

Ramin Məmmədov xarici nümayəndələrlə əməkdaşlığı müzakirə edib

Icma.az, Sia Az saytına istinadən bildirir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən "Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində" adlı beynəlxalq simpoziumda bir sıra xarici ölkələrin dini və elmi qurumlarının rəhbərləri ilə görüşlər keçirib. SİA xəbər verir ki, Türkiyənin Kilis 7 Aralık Universitetinin rektoru Zekeriya Akman, Pakistanın MUSLİM İnstitutunun sədri Sahibzadə Sultan Əhməd Əli, Qazaxıstanın "Nur-Mübarək" Misir İslam Mədəniyyəti Universitetinin rektoru Əhməd Hüseyn Məhəmməd İbrahim, ABŞ-nin Baskerville İnstitutunun icraçı direktoru Bahman Baktiari, Tbilisi Ruhani Akademiyası və Seminariyasının rektoru Giorgi Zviadadze, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru, Azərbaycan İlahiyyat İnstitutunun fəxri professoru Damir Muhetdinov, Rusiyanın Şeyx Abdulla Əfəndi adına İslam Universitetinin rektoru Arif Saidov ilə görüşlərdə dini-mənəvi, o cümlədən din təhsili sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

R.Məmmədov Azərbaycanda dinə və dini təhsilə göstərilən qayğının dövlət-din münasibətlərinin mühüm tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

O, qeyd edib ki, dövlətin bu sahəyə diqqəti Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış siyasətin məntiqi davamıdır və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu siyasətin əsas məqsədi sağlam dini mühitin qorunması, cəmiyyətin mənəvi dayanıqlılığının təmin edilməsi və din təhsilinin müasir tələblərə uyğun inkişaf etdirilməsidir.

Komitə sədri Azərbaycanın dini müxtəlifliyə və dinlərarası harmoniyaya əsaslanan cəmiyyət modeli barədə də danışıb. O vurğulayıb ki, ölkədə müxtəlif konfessiyalar arasında münasibətlər qarşılıqlı hörmət, etimad və əməkdaşlıq prinsipləri üzərində qurulub, bu isə Azərbaycanı multikulturalizm və birgəyaşayışın nümunəsi təqdim edən ölkələrdən biri kimi dünyaya təqdim edir. Ramin Məmmədov qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətində də bu meyarlar əsas kimi götürülüb.

Beynəlxalq simpoziumun əhəmiyyətinə toxunan Ramin Məmmədov bildirib ki, bu cür tədbirlər müvafiq qurumlar arasında əməkdaşlığın daha yüksək səviyyədə davam etdirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin genişlənməsinə və ortaq təşəbbüslərin reallaşdırılmasına mühüm töhfə verir. Belə platformalar yalnız elmi mübadilə baxımından deyil, həm də strateji əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Beynəlxalq simpoziumun işini yüksək qiymətləndirən qonaqlar bu ənənənin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər. Elmi tədbirlərin təşkili və müxtəlif ölkələrdən alimlərin bir araya gəlməsini mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Onlar həmçinin, Azərbaycanda mədəniyyətlər və dinlər arasında dialoqun yüksək səviyyədə inkişaf etdiyini, dövlətin bu istiqamətdə həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq aləmdə nümunə kimi dəyərləndirildiyini qeyd ediblər.

Qonaqlar bildiriblər ki, Azərbaycan dünyada qarşılıqlı hörmət və tolerantlığa əsaslanan birgəyaşayış modelinə malik ölkələrdən biri kimi tanınır. Görüş zamanı dini təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı ideya və təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Oktyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri