Icma.az
close
up
RU
Ramin Musayev: Mövsümün əvvəli Ağdam klubundan bu nəticəni gözləmirdim

Ramin Musayev: Mövsümün əvvəli Ağdam klubundan bu nəticəni gözləmirdim

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti və "Neftçi"nin keçmiş vitse-prezideti Ramin Musayevin Sport24.az-a müsahibə verib.
- Azərbaycan çempionatını izləyirsiz?
- Yanvardan əvvəl izləyirdim. Sözün açığı qış fasiləsindən sonrakı turun oyunlarına baxmamışam.
- Premyer Liqanın səviyyəsini necə dəyərləndirirsiz?
- Premyer Liqanın səviyyəsi yüksəlib. Bunu etiraf etmək lazımdır. Komandaların sayı artıb, bölgə klubları elitaya qayıdıb.
- "Neftçi"nin hazırkı durumu barədə fikirlərinizi bilmək istərdik...
- Çempionat başlamamışdan əvvəl demişdim ki, "Neftçi"yə bir ana lazımdır qarşısına qoyub ağlasın. Yeni baş məşqçi Yuri Vernidubun gəlişindən sonra böyük fərq hiss olunmur. Mövsümün sonunda uğursuz nəticə olsa, Ukraynalı mütəxəssis deyəcək ki, heyəti mən yığmamışam, vaxt verin. Bu vəziyyət neçə ildir "Neftçi"də davam edir. Bizdə legioner məşqçilərə illərlər vaxt verilir, yerlilərə isə yox. Yerli məşqçi ilə işləmək istəmirlər ki, uğursuzluq olanda üz-üzə gələ bilsinlər.
- Azərbaycan millisindən bu il hansı nəticələr gözləyirsiniz?
- Milli komandamızdan heç bir gözləntim yoxdur. Hansı futbolçu ilə uğur gözləyək? Bir qapıçımız var, zədələnsə kim əvəz edəcək? Müdafiədə bir Bəhlulumuz var, zədələnsə, kim əvəz edəcək? Siyahını artırmaq olar. Mənim narazılığım baş məşqçilərə deyil. Çempionatımızda heç bir komanda yığmanı düşünmür. Çünki sponsor və klubun rəhbərliyi məşqçilərdən nəticə tələb edir. Legioner limitinin ləğvi birbaşa milliyə təsirini göstərir. Onsuz da yığmanın oyunçularına dəyər verən yoxdur. Bu günə qədər eşitmisiz ki, hansısa klub rəhbəri baş məşqçidən tələb etsink ki, millinin futbolçusunu oynat.
- "Qarabağ"ın Çempionlar Liqasındakı tarixi nəticəsi haqda fikirləriniz necədir?
- "Qarabağ" tarix yazmaqda davam edir. Onları təbrik edirəm. Səmimi olsaq, mövsümün əvvəli Ağdam klubundan bu nəticəni gözləmirdim. Yenə də baş məşqçi Qurban Qurbanov başda olmaqla, komanda bizi təəccübləndirməyi bacardı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sport24.az
archiveBu xəbər 29 Yanvar 2026 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see418

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see261

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see200

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see183

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see178

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see176

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see165

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see164

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see161

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see145

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see143

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see143

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri