Icma.az
close
up
RU
Ramin Nurəliyev: “Müəllimlərin TikTok kimi rəqəmsal platformada aktivliyi təhsilin keyfiyyətini yüksəldir”

Ramin Nurəliyev: “Müəllimlərin TikTok kimi rəqəmsal platformada aktivliyi təhsilin keyfiyyətini yüksəldir”

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müasir dövrdə rəqəmsal platformalar maarifləndirmə və təhsil üçün güclü alətə çevrilib. Xüsusilə gənclər arasında populyarlığı artan TikTok platforması, müəllimlərin də diqqətini cəlb edir. Artıq bir çox Azərbaycan müəllimi bu platformada maarifləndirici və faydalı məzmunlar paylaşaraq həm şagirdlərlə daha yaxın təmas qurur, həm də tədris prosesinə rəng qatır.
TikTok-da Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən #Azərbaycanmüəllimləri kampaniyası da bu tendensiyanı daha da gücləndirib.
Bəs müəllimlərin TikTok-da aktivliyi təhsilə nə qazandırır? Bu proses müəllim və şagirdlər üçün hansı imkanları yaradır?
Bu və digər sualları təhsil üzrə ekspert Ramin Nurəliyev cavablandırıb:
Təhsil sahəsində TikTok kimi rəqəmsal platformaların rolu barədə nə düşünürsünüz? Bu platformalar müəllimlərə hansı imkanları yaradır?
Rəqəmsal platformalar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Xüsusilə TikTok gənclər arasında ən çox istifadə olunan platformalardan biridir. Əgər düzgün və məqsədyönlü şəkildə istifadə olunarsa, bu platforma çox faydalı nəticələr verə bilər. Mən özüm də şahid olmuşam ki, TikTok-da yerləşdirilən təhsil yönümlü məzmun geniş auditoriyaya asanlıqla çata bilir.
Təhsil Nazirliyinin dəstəyi ilə TikTok-da keçirilən son kampaniya olduqca dəyərlidir. Bu təşəbbüs təkcə müəllimlər üçün deyil, həm də məktəblilər, universitet tələbələri və valideynlər üçün yeni imkanlar açır.
Gənclərə TikTok vasitəsilə yalnız əylənmək yox, həm də öyrənmək imkanlarının verilməsi çox vacibdir. Müəllimlər bu cür təşəbbüslərdə iştirak etməli və dərs materiallarını gənc auditoriyaya maraqlı video formatında təqdim etməlidirlər. Bu cür təşəbbüslər cəmiyyətimizə müsbət təsir göstərəcək və mən də öz növbəmdə, daha çox müəllimi bu prosesdə fəal iştirak etməyə çağırıram.
Müəllimlərin TikTok-da maarifləndirici kontent yaratması şagirdlərə necə təsir göstərir? Bu format təhsili necə dəyişə bilər?
Şübhəsiz ki, müəllimlər öz TikTok hesablarında dərs mövzuları ilə bağlı paylaşımlar etdikdə, bu həm şagirdlərə, həm də gənc izləyicilərə müsbət təsir göstərir. Platformanın alqoritması sayəsində faydalı kontent daha çox insanın qarşısına çıxır və bu, dərs mövzusunun əyani şəkildə çatdırılmasını təmin edir.
Əyləncəli və qısa videolar dərsi həm maraqlı edir, həm də yadda qalmasını asanlaşdırır. Müəllimlərin bu formatdan istifadə etməsi, mövzuları daha interaktiv və cəlbedici formada təqdim etməsi, şagirdlərin dərsi daha yaxşı mənimsəməsinə kömək edəcək.
Rəqəmsal platformalarda dərs materiallarının təqdim olunması ənənəvi tədrisə hansı əlavə dəyəri qatır?
Zaman dəyişib və texnologiya artıq həyatımızın hər sahəsinin ayrılmaz bir hissəsidir. Ənənəvi tədris üsulları hələ də önəmlidir, lakin onlayn platformalarda cəlbedici və maraqlı formatda paylaşılmış biliklər standart təhsil prosesinə əla əlavə kimi xidmət edir və onu daha da effektiv edir. Musiqi, vizual effektlər və yaradıcı təqdimatlar kimi elementlər tələbələrin diqqətini çəkir. Bu isə onların daha rahat və zövqlü şəkildə öyrənməsinə kömək edir. Mən inanıram ki, təhsildə rəqəmsal formata keçid artıq seçim deyil — bu, zərurətdir.
TikTok-da keçirilmiş #Azərbaycanmüəllimləri kampaniyasının əsas faydaları nələrdir?
TikTok-un bu təşəbbüsü çox təqdirəlayiqdir. Layihə həm müəllimləri, həm də şagirdləri əhatə edir və geniş auditoriyaya çıxış imkanı yaradır. Aktiv iştirakçıların mükafatlandırılması kampaniyanı daha cəlbedici edir.
TikTok güclü qlobal platformaya çevrilib. Bu layihə vasitəsilə onun müsbət və təhsil yönümlü potensialı üzə çıxarılır və bu da platformaya olan ictimai rəyi dəyişə bilər. Kampaniya göstərir ki, TikTok yalnız əyləncə üçün deyil, həm də təhsil və maarifləndirmə üçün güclü bir vasitə ola bilər.
Bu layihə müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına necə töhfə verə bilər?
Bu kampaniya çərçivəsində müəllimlər video hazırlayarkən yeni texniki biliklər əldə edir və bu da onların yeni bacarıqlarını inkişaf etdirməsinə kömək edir. Müasir rəqəmsal alətlərlə işləmək, videoları redaktə və təqdim etməyi öyrənmək onların rəqəmsal savadlılıq və məzmun yaratma bacarıqlarını artıracaq. Nəticədə bu, tələbələrə daha müasir və cəlbedici tədris mühiti təmin etməklə onların faydasına olacaq.
Bütün fənn müəllimlərinin bu cür platformalarda aktiv olması təhsilin keyfiyyətinə necə təsir edər?
Əgər müəllimlər bu platformadan məqsədyönlü istifadə etsələr, təhsilin keyfiyyətinə ciddi müsbət təsir göstərə bilərlər. Digər müəllimlərin kontentindən ilhamlanaraq yeni ideyalar formalaşdırmaq, fərqli üsullarla təqdimat hazırlamaq, müəllimlərin yaradıcı yönünü inkişaf etdirə bilər.
Mən özüm bu platformadan çoxlu maraqlı və faydalı məlumatlar öyrənmişəm. Müəllimlər də bu imkandan faydalansalar, daha geniş auditoriyaya çıxaraq təhsilin inkişafına töhfə verə bilərlər. Bu layihəni çox bəyənirəm və yüksək qiymətləndirirəm.
Rəqəmsal təhsilin inkişafı üçün hansı əlavə dəstək mexanizmləri vacibdir?
Mən belə layihələrin yalnız Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində deyil, həm də digər dövlət qurumları ilə birlikdə həyata keçirilməsini tövsiyə edirəm. Məsələn, Mədəniyyət Nazirliyi və ya Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıqlar güclü təhsil və maarifləndirmə təşəbbüslərinə gətirib çıxara bilər. Əminəm ki, bu, həmin sahələrin inkişafına müsbət töhfə verəcək və daha geniş auditoriyaya çatmağı təmin edəcək.
 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyul 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri