Icma.az
close
up
RU
Ramin Quliyev: Limiti 1 2 mövsüm saxlamaq olardı MÜSAHİBƏ

Ramin Quliyev: Limiti 1 2 mövsüm saxlamaq olardı MÜSAHİBƏ

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanlı futbol məşqçisi Ramin Quliyev Sportal.az saytına müsahibə verib.

İdman.biz həmin müsahibəni təqdim edir.

- Yeni sezondan Azərbaycan Premyer Liqasında legioner limiti ləğv edilməsi qərara alınıb. Bu qərarla bağlı fikriniz, düşüncəniz necədir, daha çox mənfi, yoxsa müsbət tərəfləri olacaq?

- Bəli, artıq qərar verilib. Mənfi və ya müsbət tərəflərini zaman göstərəcək. Yəqin ki, əsaslı fikirləşərək qərarı veriblər. Şəxsi fikrim belədir ki, bu qərar öncə klub sayını yetərincə artırdıqdan sonra verilə bilərdi. Yəni, 2-3 ilə ən azı 16 klubdan ibarət çempionat təşkil edildikdən sonra. Amma qərar verilib. Bəlkə də, bu, Azərbaycan futbolunun xeyrinə olacaq.

- Bu qərardan sonra azərbaycanlı futbolçuların xaricə yollanmasına yol açılacağı ilə bağlı fikirlər də səsləndirilir. Sizcə, Avropada bizim futbolçuları istəyən klublar olacaq?

- ⁠Hələ ki təcrübəli futbolçularımız oynayacaq. Qalan gənc və bu gün əsas heyətə düşməkdə çətinlik çəkən futbolçular ölkə xaricinə yollanacaq. Yəqin ki, Türkiyə aşağı liqasına gedənlər çoxluq təşkil edəcək.

- Sizcə, Premyer Liqa üçün ən ideal limit hansı olardı?

- Bayaq dediyim kimi, indiki limiti 1-2 mövsüm saxlamaq olardı. Bu illərdə isə komanda sayını çoxaltdıqdan sonra limiti ləğv olunardı.

- Yeri gəlmişkən, qərarlardan biri Premyer Liqada komanda sayının 10-dan 12-ə artırılmasıdır. Yəqin ki, ən sevindirici məqam budur. Birinci Liqada hansı komanda var ki, Premyer Liqada yaxşı performans sərgiləsin və həmin komandanı hazır hesab edirsiz yüksək liqada oynamağa?

- ⁠Ən sevindirici qərar da budur. Gələcəkdə 16-18 klubun olmasını arzulayıram. Elə həmin qərarlara sevinək. Qaldı ki, Birinci Liqadan gələn komandanın hazır olmasına, bunlar maliyyə ilə bağlıdır. Həm də limitin olmamasına görə, istənilən klub legionerləri dəvət edib komanda yaradacaq. Artıq fikirləşməyəcək ki, yerli futbolcuların yaxşıları yoxdur. Klubun pulu varsa, istədiyi komandanı tez bir zamanda quracaq.

- Legioner limitinin ləğvindən sonra "Qarabağ"la rəqabət apara biləcək komandalar görəcəyik?

- Bəli, görəcəyik. Çünki büdcəsi yaxşı olan komanda istədiyi oyunçuları gətirəcək. Rəqabət istər-istəməz artacaq. Yerli futbolçuların aqibətinin necə olacağını isə zaman göstərəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 05 Fevral 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri