Icma.az
close
up
RU
Ramiz Mehdiyev 17 milyonu niyə evdə saxlayıb? ŞOK təfərrüat

Ramiz Mehdiyev 17 milyonu niyə evdə saxlayıb? ŞOK təfərrüat

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlumdur ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin evindən cinayət yolu ilə əldə edildiyi deyilən 17 milyon manatdan çox vəsait aşkar edilib. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti videogörüntülər yayıb. Videoda həmçinin Ramiz Mehdiyevin xarici xüsusi xidmət orqanları ilə telefon danışığının səs yazısı da yer alıb.

Günlərdir ki, ölkə Ramiz Mehdiyevin evindən çıxmış 17 milyon dollar “çirkli pul”dan danışır. Hələ bu, hamısı Deyil. Əmlaklar, səhmlər, Rusiya banklarında depozitlər, hədiyyə verilmiş qızıl-brilyantlar… qabaqda nələrsə də var.

Ən mühüm sual isə budur: milyonlarla manatlıq vəsait niyə bank sistemində deyil, yaşayış ünvanında saxlanılıb? Bu pullar hansı mərhələlərdən keçə və hansı kanallar vasitəsilə formalaşıb?

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a bildirib ki, Ramiz Mehdiyevin evindən çıxan 17 milyon manat pul, onun maliyyə imkanları müstəvisində dəryada bir damladır:

“Mehdiyevin bütün varidatı tam olaraq dəyərləndirilərsə, 25 illik hakimiyyəti dövründə onun milyardlarla manat var-dövlət yığdığı ortaya çıxar. Adam bu illər ərzində dövlətə xidmət etməyib, özünə və ailəsinə sərvət yığmaqla məşğul olub. Bu pulların bank hesablarında saxlanması mümkün deyildi. Çünki oğurluq pulu və ya rüşvət kimi əldə edilmiş pulu bankda hesaba hansı adla qoymaq olardı ki. Təbii ki, bu səbəbdən həmin pullar ya evlərdə saxlanılır ya da qohum-əqrəbanın adına əmlakların alınmasına xərclənir”.

Sabiq nazir deyib ki, Ramiz Mehdiyev Azərbaycanda tək deyil, onun vəzifəyə gətirdiyi və hər ay bac-xərac aldığı onlarla oğru məmur vəzifədən çıxarıIsa da, vəzifə kürsüsündə oturduqları zaman onun patronajlığı altında yığdıqları milyonları bu gün sağa-sola xərcləyərək cəmiyyətə göz dağı verir və bununla da hakimiyyətlə cəmiyyət arasında böyük narazılığın yaranmasına xidmət edirlər:

“Bu, Ramiz Mehdiyevin Azərbaycan dövlətinə etdiyi xəyanətin bir üzüdürsə, xəyanətin digər üzündə hazırda yüksək vəzifələrdə oturub xalqı soyan və dövləti talayan Mehdiyevin digər kadrları dayanırlar.

Biz dövlət olaraq bu qəbildən olan bütün xəyanətlərə qarşı amansız bir mücadiləyə başlamalıyıq. Bu sırada kiməsə güzəşt aparılan mübarizənin nizamını pozar və əhəmiyyətini heçə endirər. Keçmişdə xalqı və dövləti talamış bütün məmurlar xalça üzərinə çağrılmalıdırlar. Onların xalqdan, dövlətdən oğurladıqlarının ölçülərini müəyyən etməyin çox sadə yolları var. Eyni qaydada hazırda vəzifədə oturub xalqı və dövləti soyanlar da kütləvi şəkildə məsuliyyətə cəlb edilməli və oğurladıqları əllərindən alınmalıdır. Dövlət bunu etdikcə ölkədə vətəndaş məmnunluğu da yüksələcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Fevral 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri