Icma.az
close
up
RU
Ramiz Mehdiyev bu ordenlərdən məhrum ediləcək: “İstiqlal”, “Şərəf”, “Şöhrət”... SİYAHI

Ramiz Mehdiyev bu ordenlərdən məhrum ediləcək: “İstiqlal”, “Şərəf”, “Şöhrət”... SİYAHI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini istəyir. Partiyanın İdarə Heyətinin oktyabrın 16-da keçirilən iclasında bununla bağlı aidiyyəti üzrə vəsatət qaldırılması məqsədəuyğun hesab edilib.

Bəs uzun illər Azərbaycanın siyasi və dövlət idarəçiliyi sistemində mühüm vəzifələr tutmuş və siyasət kluarlarında “Boz kardinal” adlandırılmış Ramiz Mehdiyev hansı dövlət təltiflərinə layiq görülüb? Onun hansı ordenləri əlindən alına bilər və bu prosesin hüquqi mexanizmi necədir?

Modern.az saytı məsələni araşdırıb.

Dörd əsas dövlət ordeni

R.Mehdiyev Azərbaycan Respublikasının ən yüksək dövlət təltiflərinə sahibdir.
Onun Azərbaycan dövlətinin müstəqillik dövründə aldığı əsas ordenləri bunlardır: “İstiqlal”, “Şərəf”, “Şöhrət” və “Heydər Əliyev” ordenləri.
“İstiqlal” ordeni Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin inkişafı qarşısında xüsusi xidmətlərə görə verilən yüksək dövlət təltiflərindən biridir. Mehdiyev bu ordenə 2008-ci ildə layiq görülüb.

O, 2013-cü ildə “Şərəf” ordeni ilə də təltif olunub. Bu orden Azərbaycan qarşısında xidmətlərə görə verilən dövlət təltifidir.

Mehdiyevin növbəti mühüm təltifi “Şöhrət” ordeni olub. 16 aprel 2018-ci il tarixində o, Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə bu ordenlə təltif edilib.

“Boz kardinal”ın aldığı ən yüksək dövlət təltiflərindən biri isə “Heydər Əliyev” ordenidir. 23 oktyabr 2019-cu il tarixli sərəncamla o, dövlət idarəçiliyi və elmin inkişafı sahəsində səmərəli və uzunmüddətli xüsusi xidmətlərinə görə bu ordenə layiq görülüb.

Xarici dövlətlərin ordenləri də var

Ramiz Mehdiyevin təltifləri yalnız Azərbaycanla məhdudlaşmır. Onun bioqrafik məlumatlarında Rusiya və keçmiş SSRİ dövrünə aid mükafatlar da göstərilir.

Bu sırada SSRİ-nin “Qırmızı Əmək Bayrağı” ordeni, Rusiya Federasiyasının “Dostluq” və “Şərəf” ordenləri, eləcə də xarici qurumların verdiyi ayrı-ayrı medallar qeyd olunur.

Lakin indi söhbət Azərbaycan Respublikasının dövlət təltiflərindən gedir. Azərbaycan dövlətinin öz təltifləri ilə bağlı qərar qəbul etməsi başqa dövlətin verdiyi ordenin də avtomatik ləğvi demək deyil. Xarici təltiflərin taleyi onları təsis edən dövlətlərin qaydaları və səlahiyyətləri çərçivəsində həll oluna bilər.

Bundan başqa, Ramiz Mehdiyevin elmi fəaliyyəti ilə əlaqədar aldığı medal və mükafatları da var. Amma onların hamısını dövlət ordeni hesab etmək düzgün olmaz. Məsələn, 2021-ci ilin dekabrında o, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı ilə təltif olunub.

Dövlət təltifləri hansı qaydada geri alına bilər?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsi xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrumetmə məsələsini tənzimləyir.

Həmin maddəyə görə, ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə işin hallarını, cinayətin ictimai təhlükəliliyini və təqsirkarın şəxsiyyətini nəzərə alaraq onun dövlət təltifindən məhrum edilməsinin zəruriliyi barədə qərara gələ bilər.

Əgər söhbət Prezident tərəfindən verilmiş dövlət təltifindən gedirsə, məhkəmə həmin təltifdən məhrumetmə məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdimat göndərilməsi barədə qərar qəbul edə bilər.

Bu norma göstərir ki, dövlət təltifindən məhrumetmə sadəcə siyasi qərarla yekunlaşan proses deyil. Bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsaslar və müvafiq hüquqi prosedur tələb olunur.

Ramiz Mehdiyevin təqsirliliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən ediləndən sonra onun təltiflərən məhrum ediləcəyi gözlənilir..

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində işləyib.
O, dövlət qulluğunun ən yüksək xüsusi rütbəsi olan həqiqi dövlət müşaviri statusuna malikdir.
Qeyd edək ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə Ramiz Mehdiyevin cinayət işinə baxılır. Proses mətbuata qapalı keçirlir.
 

A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Oktyabr 2026 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri