Icma.az
close
up
RU
Ramiz Mehdiyev dövlət vəkilindən imtina ilə növbəti demarş edib

Ramiz Mehdiyev dövlət vəkilindən imtina ilə növbəti demarş edib

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev dövlət hesabına təyin olunmuş vəkildən imtina edib. Ramiz Mehdiyev müdafiəsinin özünün seçdiyi vəkillər tərəfindən qurulmasını istəyir. Bu səbəbdən təyinatlı vəkil Zaur Abiyevin xidmətindən imtina edib.

Akademikin bu qərarı birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.

Modern.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, istintaq prosesində ittiham olunan tərəfin vəkillə təmin olunması məcburidir:

"İttiham olunan şəxsin vəkil tutmaq imkanı yoxdursa, dövlət tərəfindən həmin şəxsə vəkil təyin edilir. Burada şəxsin razılığı nəzərə alınmır. Sonrakı mərhələdə ittiham olunan şəxs istənilən sayda vəkil tuta, vəkillərini dəyişə, dövlət tərəfindən təyin olunan vəkildən imtina edə bilər".

Çingiz Qənizadə qeyd edib ki, dövlətin təyin etdiyi vəkildən imtina və yeni vəkil tutmaq qanunvericiliklə qadağan olunmayan haldır:

"Bir daha qeyd edirəm ki, istənilən təqsirləndirilən şəxs, ittiham olunduğu cinayətin ağırlığından və yüngüllüyündən, onun kateqoriyasından, bir sözlə, nədə ittiham olunmasından asılı olmayaraq, özünə yeni vəkil tuta, vəkilindən imtina edə, onu dəyişdirə bilər. Dövlətin təyin etdiyi vəkildən imtina və yeni vəkil tutmaq qanunvericiliklə qadağan olunmayan haldır. Və hər kəs bu hüququndan istifadə edə bilər. Ramiz Mehdiyev dövlət tərəfindən təyin olunan vəkildən imtina edibsə, deməli, özünə yaxın bildiyi, özü, ailəsi ilə tanış olan adamı, inandığı hüquqşünası özünə vəkil seçmək istəyirr. Qanunvericilik bunu qadağan etmir".

Azad Vətən Partiyasının sədri Akif Nağı isə deyib ki, Ramiz Mehdiyevin bu hərəkəti onun Azərbaycan dövlətçiliyinə olan münasibətini bir daha göstərir:

"Ramiz Mehdiyev Azərbaycan dövləti içərisində millətimizə, dövlətçiliyimizə qarşı fəaliyyət göstərən bir adam olub, bu istiqamətdə əlindən gələni edib, xarici mərkəzlərin, erməni dairələrin sifarişlərini yerinə yetirib. Rusiyanın Azərbaycandakı emissarı olub. Azərbaycan dövləti tərəfindən onunla bağlı normal qaydada ittiham aktı səslənib. "Dövlətə xəyanət" çox ağır ittihamdır. Bu ağır ittihama baxmayaraq, Azərbaycan dövləti, hüquq-mühafizə orqanları, məhkəmə sistemi qanunlara əməl edərək ona vəkil təyin edir. Ən ağır cinayətkarın da ixtiyarı var ki, özünə vəkil tutsun. Amma Azərbaycan dövlətinin təyin etdiyi vəkildən imtina etməsi onun dövlətimizə qarşı növbəti demarşıdır".

A.Nağı vurğulayıb ki, Ramiz Mehdiyevin bu qərarı onun haqq-ədalət məhkəməsindən qaçmaq cəhdidir:

"Sən bu dövlətin içərisində olmusan, dövlətin təyin etdiyi vəkili qəbul etmirsənsə, deməli, bu dövlətin özünü də heç qəbul etməmisən. Eyni zamanda, dövlətin əleyhinə, məhvinə çalışmısan. Ramiz Mehdiyevin dövlətin təyin  etdiyi vəkildən imtinası məhz bunun göstəricisidir. Ramiz Mehdiyevin bu addımı haqq-ədalət məhkməsindən qaçmaq cəhdidir. O, köməyi Azərbaycan daxilində, Azərbaycan vəkillərindən yox, kənarda, özünü himayə edənlərin arasında axtarır. Gözləyir ki, müxtəlif yollarla, eləcə də vəkil yollamaqla onu müdafiə edəcəklər. Bunun gözü kənardadır. Ona görə ki, Azərbaycan daxilində həddindən artıq böyük cinayətlər törədib. Bu cinayətlərin altından çıxmaq, onlara bəraət qazandırmaq mümkün deyil. Azərbaycan dövləti Ramiz Mehdiyevin hərəkətləri ilə bağlı öz qərarını verməlidir ki, dövlətimizə qarşı çalışmış adamlar haqq-ədalət məhkəməsində layiq olduqları cəzadan qaça bilməsinlər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri