Icma.az
close
up
RU
Ramiz Mehdiyev ətrafında sirli gedişat Yeni cinayət işi açıla bilər

Ramiz Mehdiyev ətrafında sirli gedişat Yeni cinayət işi açıla bilər

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Son günlər sosial şəbəkələrdə Ramiz Mehdiyev haqqında keçmişdə deyilən tərif dolu çıxışların ard-arda yayılması diqqət çəkib. Vəzifəli şəxslərdən tutmuş deputatlara, siyasətçilərə qədər bir çox tanınmış simanın Mehdiyevi “göylərə qaldırdığı” videoların eyni vaxtda gündəmə gəlməsi müxtəlif suallar yaradıb. Bəzi iddialar bunun həm “Mehdiyevçi şəbəkə”nin ifşası, həm də həmin şəxslərin siyasi proseslərdən uzaqlaşdırılmasına hesablandığını deməyə əsas verir.

Bu paylaşımlar təsadüfdür, yoxsa məqsədli şəkildə dövriyyəyə buraxılır? Mehdiyevi tərifləyən çıxışların ictimailəşməsi istintaqın gedişinə hansısa formada təsir göstərə bilərmi? Ola bilərmi ki, bu videolar həmin şəxslərin fakt qarşısında qoyulması və növbəti mərhələdə iddialarından könüllü şəkildə geri çəkilmələrinə şərait yaratmaq məqsədi daşıyır?

Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Rusiyaya bağlı 5-ci kolonun təmizlənməsi və zərərsizləşdirilməsi günün ən mühüm tələblərindəndir:

Heydər Oğuz

“Amma bunu şantaj predmetinə çevirib vaxtilə Ramiz Mehdiyev barəsində xoş sözlər söyləyən hər kəsi hədəfə almaq da doğru deyil. İstəsək də, istəməsək də o, bu ölkənin idarəçiliyində mühüm vəzifələr tutan şəxs olub. Çoxu məhz bu səbəbdən Ramiz Mehdiyev barəsində xoş sözlər deyib. Ola bilər ki, niyyətləri də pis olmayıb. Sadəcə, yüksəlişin yolunu bunda görüblər və belə vəziyyətin yaranmasının səbəbkarı onlar deyillər. Haqlarını almaq üçün ləyaqətsiz adamların qapısında sürünmək, onlara mədhiyyə demək məcburiyyətində qalmaq, əslində, bu adamlar üçün də növbəti haqsızlıq sayıla bilər. Ölkədəki mövcud durumun əsl zərərçəkəni olduqlarına görə onları qınamaq və şantaj etmək də ədalətə sığmır. Kimlərisə şantaj edərək susdurmaq da bir zülmdür. Bunun ortaya çıxmasında yer alan hər kəs böyük cinayət törədir və qınanılası şəxslərdən biri də onların özləri olmalıdır”.

Hüquqşünas Ramil Süleymanov isə bildirib ki, hər kəsin kiminsə barəsində fikir bildirmək hüququ var:

“Lakin öncə həmin şəxslərin cəmiyyətdəki nüfuzuna baxmaq lazımdır. Bəzilərinin davranışı və keçmiş fəaliyyəti uzun illərdir yaltaqlıq nümunəsi kimi tanınır. Bu səbəbdən də onların səsləndirdiyi fikirlərdən çox, şəxsiyyətləri ön plandadır. Digər tərəfdən, mümkündür ki, həmin şəxslər fakt qarşısında qoyulub və məcburiyyət altında bəzi açıqlamalar veriblər. Bu isə yalnız istintaq zamanı dəqiqləşdirilə biləcək məsələdir. Əgər onlar hüquq-mühafizə orqanları tərəfindən tam qorunacaqlarına əmin olsalar, hədə-qorxu ilə tələb etmə faktı üzrə ayrıca cinayət işi açılması mümkündür. Şəxsin hər hansı hüquqdan imtina etməyə, yanlış məlumat verməyə və ya mülkiyyəti əlindən çıxarmağa məcbur edilməsi şantaj kimi qiymətləndirilir və bunu istintaq araşdırmalıdır. Belə hal təsdiqlənərsə, bu vəziyyət Ramiz Mehdiyevin daha ağır hüquqi duruma düşməsi demək olacaq və hədə-qorxu ilə tələb etmə faktı üzrə ayrıca cinayət işi qaldırıla bilər”.

Hüquqşünas qeyd edib ki, Cinayət Məcəlləsinin (CM) 182-ci maddəsinə əsasən, şəxsin və ya onun yaxın qohumlarının barəsində rüsvayedici məlumatların yayılması hədəsi ilə müəyyən hüquqların, imtiyazların və ya əmlakın ələ keçirilməsi 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır:

“Bu əməlin qrup halında törədilməsi 5 ildən 10 ilədək, xüsusilə külli miqdarda törədilməsi isə CM-nin 182.4-cü maddəsinə əsasən 13 ildən 17 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri