Icma.az
close
up
RU
Ramiz Mehdiyev həbs olunmasaydı, qaça bilərdi

Ramiz Mehdiyev həbs olunmasaydı, qaça bilərdi

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin “beynəlxalaq layihələr” fondunun yaradılması haqqında fərman imzalayıb. Kreml sahibinin fərmanının icrası Rusiya Xarici İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinə tapşırılıb. Fond öz proqramlarını xaricdə həyata keçirəcək. Fond “Rusiya Federasiyası ilə digər dövlətlər arasında ictimaiyyətlə əlaqələrin və humanitar və digər sahələrdə əməkdaşlığın inkişafını təşviq etmək məqsədi ilə” yaradılır. Bu nə deməkdir?
Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu məsələni şərh edib:
“Birincisi, fond vasitəsilə Moskvanın maraq kəsb etdirdiyi əcnəbilərin Rusiyaya köçürülməsi dəstəklənəcək. Rusiya qrantlar vasitəsilə özünə dost ölkələrlə yanaşı dost olmayan ölkələrə də nüfuz etməyə, bu ölkələrdə təsir agentlərini formalaşdırmağa çalışacaq. Kreml sahibinin fərmanına görə, təsir agentləri öz ölkələrində müxtəlif təzyiqlərlə üzləşdikdə Rusiyaya təxliyə ediləcəklər. Sənədə görə, istedadlı əcnəbilərin Rusiyaya cəlbi mexanizmi yaradılmalıdır. Onlar Rusiyada hüquqi status əldə edəcəklər. Rusiya fərmandakı “istedadlı əcnəbilər” bəndi vasitəsilə müxtəlif ölkələrdəki agentlərini və “5-ci kolon” üzvlərini də təxliyyə edəcək. Misal üçün Rusiya bu fərman vasitəsilə Azərbaycandakı tərəfdarlarını və şübhə altında olan təsir agentlərini təxliyə etməyə çalışa bilər. Fərmanda belə bir bənd var ki, öz ölkələrində Rusiya dəyərlərini bölüşənlər dəstəklənəcək. Ramiz Mehdiyev ev həbsində olmasaydı, Rusiya dəyərlərini bölüşən birisi kimi asanlıqla Moskva tərəfindən təxliyə edilə bilərdi”.
Ekspertin sözlərinə görə, Vladimir Putinin göstərişi ilə Rusiya qrantlar vasitəsilə beynəlxalq proqram və layihələrdə iştirak edəcək:
“Söhbətin konkret hansı layihələrdən getdiyi bəlli deyil. Digər tərəfdən, Rusiya Ukraynaya qarşı işğalçı müharibə səbəbindən Qərbin sanksiyaları ilə üzləşib. Bu vəziyyətdə Rusiya Qərb ölkələrinin layihələrini maliyyələşdirə bilməyəcək. Görünür, Rusiya Prezidenti ayıracağı qrantlar vasitəsilə Avrasiya, Afrika və Cənubi Amerika ölkələrində fəallığını atırmağı planlaşdırır. Belə olarsa, Rusiya qrantlar vasitəsilə strateji tərəfdaşı Çinlə rəqabət içərisində olacaq. Çünki Çin müxtəlif ölkələrdə iqtisadi və enerji layihələrin reallaşdırır, bu məqsədlə milyardlarla dollar yatırımlar həyata keçirir. Rusiyanın bu cür maliyyə imkanları yoxdur. Ona görə də Kreml iqtisadi yatırımlar əvəzinə üçüncü ölkələrdə nüfuzunu artırmaq üçün qrant layihələrinə üstünlük verəcək. Bu bir növ Qərbin müxtəlif fondlarının ayırdığı qrantlara bənzəyəcək”.
Akademik Ramiz Mehdiyev isə 7 fevral 1995-ci ildən – 23 oktyabr 2019-cu ilədək Prezident Administrasiyasının rəhbəri olub. 
O, Azərbaycan Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon Məhkəməsi Ramiz Ənvər oğlu Mehdiyev barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri