Icma.az
close
up
RU
Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB sensasion iddia

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB sensasion iddia

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın sabiq yüksək vəzifəli məmuru Ramiz Mehdiyevin adı ölkə başçısına qarşı planlaşdırılmış dövlət çevrilişi cəhdində hallanır. “Vesti Baku” nəşri anonim mənbələrə istinadən xəbər verir ki, AZAL-ın Qroznı səmasında vurulan təyyarəsi məhz bu planın bir hissəsi kimi nəzərdə tutulubmuş.
Planın başlanğıcı və məqsədi
Mənbənin məlumatına görə, çevriliş ssenarisi 2024-cü ilin dekabrında baş verən hadisələrdən xeyli əvvəl hazırlanıb.
Plan dəqiq siyasi hesablamalara, rol bölgüsünə və xarici koordinasiyaya əsaslanırdı. Əməliyyatın əsas fiquru isə uzun illər dövlət idarəetmə sisteminə təsir göstərmiş Ramiz Mehdiyev idi.
O, həmin dövrdə bəzi aparıcı media orqanlarının redaksiya siyasətinə təsir imkanlarını saxlayır, eyni zamanda parlament daxilində “müvəqqəti hökumət” ideyasını dəstəkləməyə hazır qrup formalaşdırmışdı.
Aviasiya “qəzəsi” – əsas siqnal
Planın əsas mərhələsi “siqnal” rolunu oynayacaq aviasiya qəzası idi.
Ssenariyə əsasən, Prezident İlham Əliyevin təyyarəsi 2024-cü ilin dekabrında “uğursuzluq nəticəsində qəzaya uğramış” kimi göstərilməli idi.
Hadisə guya Ukrayna dronlarının hücumu ilə əlaqələndirilməli, bununla da ölkədə şok, qorxu və xaos yaradılmalı idi. Ardınca isə “fövqəladə idarəetmə” rejiminin tətbiqi planlaşdırılmışdı.
Koordinasiya və texniki icra
İddiaya görə, plan Moskvadakı hərbi dairələrin koordinasiyası ilə həyata keçirilib.
“Vesti Baku” nəşri əsas əlaqələndirici fiqurlardan biri kimi general Nəcməddin Sadıqovun adı çəkir. O, GPS sisteminin söndürülməsi, saxta siqnalların ötürülməsi və prezident təyyarəsinin naviqasiyasının müvəqqəti korlaşdırılması kimi texniki məsələlərə cavabdeh olub.
Mediada hazırlıq
Mehdiyevin nəzarətində olan media resursları da hadisəyə paralel informasiya hücumu üçün hazırlanmışdı. Onlar öncədən “sirli hücum”, “müvəqqəti təhlükəsizlik şurası”, “idarəetmənin ötürülməsi” kimi başlıqlarla materiallar hazırlamış, hətta “yeni hökumət tərkibi”nin siyahısını da tərtib etmişdilər.
Planın iflası

Lakin əməliyyat səhv nəticəsində uğursuzluğa düçar olub – prezidentin təyyarəsi əvəzinə eyni marşrut üzrə 30 dəqiqə əvvəl qalxan AZAL-ın mülki təyyarəsi vurulub.
Bu səhv planın sonunu gətirib. “Nəzarət olunan böhran” əvəzinə ölkə beynəlxalq miqyasda faciə və qalmaqalla üzləşib.
Mənbələrə görə, Moskva daha sonra hadisəni “texniki səhv” kimi təqdim etməyə və məsuliyyətdən yayınmağa çalışıb.
Putin-Əliyev görüşü
Ən dramatik məqam Düşənbədə keçirilən görüşdə yaşanıb. İddiaya əsasən, Vladimir Putin həmin görüşdə İlham Əliyevə sui-qəsd cəhdinin qarşısının alındığını bildirib və Azərbaycandakı agentin adı da daxil olmaqla bir sıra operativ məlumatlar təqdim edib.
Nəticə və istintaq
Beləliklə, çevriliş cəhdi tam iflasa uğrayıb. Prezident İlham Əliyev siyasi çevikliyi və qərarvermə bacarığı sayəsində təyyarəsinin istiqamətini vaxtında dəyişdirərək təkcə öz həyatını deyil, Azərbaycanı da “idarəolunan fəlakət”dən xilas edib.
Hazırda məsələ ilə bağlı istintaq davam edir, rəsmi ittiham və sübutların prosessual qaydalara uyğun şəkildə açıqlanacağı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:301
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Oktyabr 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri