Icma.az
close
up
RU
Ramiz Mehdiyev işi iki nəfərlə yekunlaşmayacaq Komitə sədri

Ramiz Mehdiyev işi iki nəfərlə yekunlaşmayacaq Komitə sədri

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ittiham elan olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət Məcəlləsinin sözügedən maddəsi Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri nəzərdə tutur. Maddə sübuta yetirilərsə, ittiham olunan şəxsi on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, Əli Kərimli və müavini Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər. Onlar barəsində həbs qətimkan tədbiri seçilib. İş çərçivəsində Milli Şuranın sədri Cəmil Həsənli də dindirilib, Gültəkin Hacıbəyli isə Türkiyədən Azərbaycana gətirilib.

Hadisələr Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

Modern.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, məhkəmənin Əli Kərimli haqda qərarı obyektiv araşdırma məqəsədi daşıyır:

“Hazırda həm Ramiz Mehdiyev, həm də özünü radikal müxalifətin nümayəndəsi kimi tanıtdıran Əli Kərimli eyni cinayət işi üzrə istintaqa cəlb olunublar. Bu şəxslərin müxtəlif qütblərdə olması məsələsini gündəmdə saxlamaq istəyən qurumlar var. Lakin birmənalı şəkildə Ramiz Mehdiyev haqqında cinayət işi açılanda onun ilk müdafiəçilər kimi məhz bunlar çıxış edirdi. Hətta bunu deyərdim ki, prosesin məntiqi sonluğu belə də olmalıydı. Məhkəmənin Əli Kərimli haqda qərarı da obyektiv araşdırma məqəsədi daşıyır. Təqsirləndirən şəxslər barədə qərarın məhz məhkəmə tərəfindən verilməsi, onların hüquqlarının təmin olunması və istintaqın hüquqi çərçivədə aparılması, dövlətin hüquqi dövlət prinsipinə söykənməsinin və onun sabitliyinin göstəricisidir".

Komitə sədri vurğulayıb ki, istintaq yalnız bu iki nəfər barədə olmayacaq:

"Dövlət və dövlətçiliyə təhdid olan hər bir şəxs haqda bu proses aparılacaq. Bu iddialar olduqca ciddidir və ciddi şəkildə də araşdırılır. Düşünürəm ki, DTX ən yüksək səviyyədə, peşəkarcasına beynəlxalq və yerli hüquq çərçivəsində mütləq şəkildə bu prosesi aparmağa davam edəcək. Cinayət Məcəlləsinin 278-ci maddəsi,yəni hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsi dövlətin təhlükəsizliyinə ən ciddi təhdiddir. Əvvəllər də belə cəhdlər olub, lakin bütün bu cəhdlərin qarşısı alınıb. Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət bu gün ən mühüm məsələləri ehtiva edir. Bu siyasət suverenlik, ərazi bütövlüyü, hər bir vətəndaşın rifahı, eyni zamanda dövlətə və dövlətçiliyə qarşı ola biləcək hər bir təhdidin qarşısını almaq  istiqamətində atılan addımlardır. Hüquq-mühafizə, xüsusi xidmət orqanları ən yüksək səviyyədə öz peşələrini yerinə yetirir. Bu maddələr üzrə hər bir şəxs istintaq orqanlarının topladığı materiallar, süubutlar, məhkəmənin qərarları, hüquqi prosedurlar çərçivəsində qiymətləndirilir və düşünürəm ki, lazımi bütün şəxslər dindiriləcəklər. Ümumilikdə dövlətin suverenliyinə, konstitusiya quruluşuna qanuni hakimiyyətə yönəlmiş hər bir cəhd kim tərəfindən törədilməsindən asılı olmayaraq, hüquqi qiymətini almalıdır. Bu proses dövlət təhlükəziliyinin qorunması, cəmiyyətdə siyasi sabitliyin təmin edilməsi və xalqın hər bir nümayəndəsinin rifahı baxımından əhəmiyyət kəsb edir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Dekabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri