Ramiz Mehdiyev məhkəmədə dediklərimi təsdiq etdi Eldar Namazov
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsindəki cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda politoloq Eldar Namazov da iştirak edib. O, məhkəmənin binası önündə də görüntülənib. Prezident Aparatının (indiki Administrasiya - red. ) Katibliyinin keçmiş rəhbəri, uzun illər R.Mehdiyevlə birlikdə işləmiş E.Namazov bu prosesə şahid qismində dəvət olunub.
Modern.az xəbər verir ki, məsələ ilə əlaqədr Oxu.az-a danışan Eldar Namazov qeyd edib ki, məhkəmə işində Ramiz Mehdiyevin son illərdə çevrilişinə cəhd və onun əvvəlki illərdə fəaliyyəti ilə bağlı fikirlərini almaq istəyiblər.
E.Namazov vurğulayıb ki, hələ 2020-ci ildə Mehdiyevin fəaliyyəti ilə bağlı "Azərbaycan FETÖ-sunun xronikası və anatomiyası" geniş məqalə yazıb:
"Həmin məqalədə göstərmişdim ki, Ramiz Mehdiyevin yaratdığı şəbəkə Azərbaycan dövlətçiliyi üçün nə qədər böyük təhlükə yaradır. Xəbərdarlıq etmişdim ki, hələ qabaqda bu şəbəkədən bizim üçün böyük təhlükələr olacaq. Daha sonra isə onun etdiyini müvafiq qurumlar üzə çıxardı. Dediyim kimi, məhkəmə müxtəlif suallar verdi, mən də cavablandırdım. Müəyyən mövzular ətrafında fikirlərimi aldılar. Ramiz Mehdiyev prosesə onlayn qoşulmuşdu. Oturaqlı halda idi. Tam anlaqlı vəziyyətdə idi. Mənim çıxışımdan sonra hakim ondan sualının olub-olmadığını soruşdu. Ramiz Mehdiyev isə "yox" cavabını verdi. Mənim dediklərimi isə təsdiq etdi. Yəni başa düşmək, fikir bildirmək qabiliyyəti var".
Xatırladaq ki, Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub. Onun barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Oktyabr 2026 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















