Icma.az
close
up
RU
Ramiz Mehdiyev milyonluq əmlakları özünün və yaxınlarının adına necə rəsmiləşdirib?

Ramiz Mehdiyev milyonluq əmlakları özünün və yaxınlarının adına necə rəsmiləşdirib?

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə  Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.

Son üç gündür ki, mediada yer alan bəzi məqalələrdə sabiq administrasiya rəhbərinə məxsus əmlaklarla bağlı konkret siyahılar yer alıb ki, bu məlmatların nə dərəcədə doğru-yanlış olduğuna istintaq prosesində aydınlıq gətiriləcək. Lakin istənilən halda Ramiz Mehdiyevə məxsus daşınmaz əmlakların say və  dəyərinin kifayət qədər çox olduğu şübhəsizdir. Belə olan halda maraqlı bir sual meydana çıxır: Ramiz Mehdiyev milyonluq əmlaklara necə əldə edib? Bunca dövlət əmlakınn sabiq administrasiya rəhbərinin adına rəsmiləşdirilməsində hansı qurum və ya şəxslər məsuliyyət daşıyır?

Hər şeydən öncə qeyd edək ki, Ramiz Mehdiyevin sahib olduğu əmlaklara çıxarış Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilib. Hansı ki, sözügedən qurum haqqında mediada hər zaman saysız-hesabsız tənqidi materiallar, ciddi ittihamlar yer alıb.

Ramiz Mehdiyev ətrafında yaranmış son situasiyada maraq doğuran, aydınlaşdırılması gərəkən məsələlərdən biri də keçmiş Əmlak Komitəsinin bu prosesdəki iştirakının nə dərəcədə qanuni olub-olmaması ilə bağlıdır. Daha dəqiq desək, keçmiş Əmlak Komitəsi ilə bağlı aşağıdakı nüansların təftiş edilməsinə ehtiyac var:

1.Ramiz Mehdiyev və onun doğmalarının adına sənədləşdirilən obyektlərin rəsmiləşdirilməsi prosesi nə dərəcədə qanuni olub? Həmin obyektlərin alt sənədləri mövcud olubmu?

2.Rəsmiəşdirilən obyektlərin sənədləşdirilməsi zamanı dövlət büdcəsinə qanunla müəyyən edilmiş qaydada ödəniş və rüsumlar edilibmi?

3.Dövlət balansında olan külli miqdarda əmlakın dövlət məmurunun adına rəsmiləşdirilməsinin qanuni olub-olmaması keçmiş Əmlak Komitəsi tərəfindən araşdırılıbmı?

4.Vaxtiylə hakimiyyət piramidasının ən üst qatlarında təmsil olunan Ramiz Mehdiyevin saysız-hesabsız dövlət əmlakını özünün və yaxınlarının adına keçirməsi, bu prosesdəki şübhəli və ya narahatlıq doğuran məqamlarla bağlı Əmlak Komitəsinin rəbhərliyi dövlət başçısına, yaxud əlaqədar hüquq-mühafizə orqanlarına məlumat veribmi?

Hazırkı dönəmdə yuxarıda qeyd edilən bütün bu detalalrın ətraflı şəkildə araşdırılmasına ciddi ehtiyac var. Unutmaq olmaz ki, sabiq administrasiya rəhbərinə qarşı irəli sürülən itihamlardan biri də 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddədir. Bu isə o deməkdir ki, bu prosesdə yer alan, bu və ya digər dərəcədə iştirak edən hər kəsin əməlinin hüquqi müstəvidə qiymətləndirlməsi mütləqdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri