Icma.az
close
up
RU
Ramiz Mehdiyev və Samir Nuriyev: Azərbaycan dövlət idarəçiliyində yeni mərhələnin göstəricisi

Ramiz Mehdiyev və Samir Nuriyev: Azərbaycan dövlət idarəçiliyində yeni mərhələnin göstəricisi

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın dövlət idarəçiliyi sistemi son illərdə cənab  Prezident İlham Əliyevin rəhbərliyi ilə köklü islahatlar mərhələsinə qədəm qoyub. Bu islahatların əsas məqsədi idarəetmədə şəffaflığın, səmərəliliyin, məsuliyyətin və xalq qarşısında hesabatlılığın təmin edilməsidir. Məhz bu baxımdan son illərdə müşahidə edilən kadr dəyişiklikləri dövlətin yeni idarəçilik fəlsəfəsini əks etdirir. Bu mənada, Prezident Administrasiyasında Ramiz Mehdiyev dövrü ilə Samir Nuriyev dövrü arasındakı fərqlər təkcə şəxslərin idarəçilik üslubunu deyil, həm də dövlət idarəetməsindəki yeni keyfiyyət mərhələsini ifadə edir.

Ramiz Mehdiyev uzun illər dövlət idarəçiliyində mühüm vəzifələrdə çalışmış, lakin onun fəaliyyəti zamanla cəmiyyətlə dövlət arasında məsafənin artmasına səbəb olmuşdu. Onun rəhbərlik etdiyi dövrdə Prezident Administrasiyası çox vaxt qapalı sistem kimi fəaliyyət göstərir, təşəbbüskarlıq və innovativ idarəetmə modelləri geri planda qalırdı. Dövlət orqanlarında islahatlara qarşı müqavimət, köhnə düşüncə tərzinin qorunması, bürokratik yanaşmalar və şəxsi maraqların dövlət maraqları üzərinə çıxarılması hallarına tez-tez rast gəlinirdi.

Ramiz Mehdiyev dövrü, ümumilikdə, “keçid mərhələsinin” idarəçilik modeli kimi dəyərləndirilə bilərdi. Yəni sovet idarəetmə sistemindən müstəqil dövlət idarəçiliyinə keçid dövrünün qalıqları. Bu model uzunmüddətli inkişaf strategiyasına deyil, inzibati idarəetmə mexanizmlərinə əsaslanırdı. Zaman keçdikcə bu model ölkənin dinamik inkişaf tempinə cavab verə bilmədi.

Cənab Prezident İlham Əliyevin 2019-cu ildə Samir Nuriyevi Prezident Administrasiyasının rəhbəri təyin etməsi dövlət idarəçiliyində yeni yanaşmanın başlanğıcı oldu. Samir Nuriyev gənc nəsli təmsil edən, müasir idarəçilik prinsiplərinə dərindən bələd olan, texnokratik düşüncəyə malik, sadiq və peşəkar dövlət xadimi kimi formalaşıb.

Onun fəaliyyətinin əsas xüsusiyyəti şəffaflıq, innovasiya, məsuliyyət və cənab Prezidentin müəyyən etdiyi strateji xəttə tam sadiqlikdir. Samir Nuriyevin idarəçiliyi altında Prezident Administrasiyası bir növ “dövlətin beyni” funksiyasını daha çevik, daha sistemli və daha müasir tərzdə yerinə yetirməyə başlayıb.

Əvvəllər qapalı və çoxpilləli qərarvermə mexanizmi ilə fərqlənən struktur indi daha çevik və koordinasiyalı fəaliyyət göstərir. Cəmiyyətlə dialoq, ictimaiyyətin dövlət qərarlarında iştirakı, media və QHT-lərlə əlaqələrin institusional səviyyədə möhkəmləndirilməsi bu dövrün əsas xüsusiyyətlərindəndir.

Samir Nuriyevin fəaliyyətində ən önəmli məqam onun cənab Prezident İlham Əliyevin siyasi kursuna sarsılmaz sadiqliyidir. Bu sadiqlik şəxsi maraqlardan uzaq, dövlətin və xalqın maraqlarına xidmət edən prinsipial mövqedə özünü göstərir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən modernləşmə, rəqəmsallaşma, şəffaf idarəçilik və insan amilinə əsaslanan siyasət Samir Nuriyevin rəhbərlik etdiyi strukturda öz dolğun əksini tapır. Onun komanda ruhuna, məsuliyyətə və siyasi etimadın qorunmasına verdiyi önəm cənab Prezidentin etimadını daha da gücləndirib.

Samir Nuriyev cənab Prezidentin “xalq üçün çalışan dövlət” konsepsiyasını praktik müstəviyə keçirən aparıcı fiqurlardan biridir. Onun rəhbərliyi ilə dövlət orqanları arasında koordinasiya güclənib, qərarların icrası və monitorinq mexanizmləri daha səmərəli hala gətirilib.

Samir Nuriyev dövründə Prezident Administrasiyasının fəaliyyətində müşahidə edilən əsas xüsusiyyətlər bunlardır:

Şəffaflıq və hesabatlılıq: Qərarların qəbulunda və icrasında açıq məlumat axını təmin edilir.Effektiv koordinasiya: Mərkəzi və yerli icra hakimiyyətləri arasında əlaqə sistemi təkmilləşdirilib.Kadr islahatları: Peşəkarlıq, mənəvi dəyərlər və dövlətə sədaqət əsas meyar kimi götürülür.İctimaiyyətlə əlaqə: cənab Prezidentin siyasətinin mahiyyəti və məqsədi barədə cəmiyyətlə daimi kommunikasiya aparılır.Texnokratik yanaşma: Dövlət idarəçiliyinə rəqəmsal transformasiya, analitik idarəetmə və strateji planlaşdırma mexanizmləri gətirilib.

Ramiz Mehdiyev ilə Samir Nuriyevin idarəçilik üslubu arasındakı fərq, əslində, Azərbaycanın siyasi inkişaf modelinin keçdiyi yolu əks etdirir. Əgər Ramiz Mehdiyev dövrü keçid mərhələsinin simvolu idisə, Samir Nuriyev dövrü cənab Prezident İlham Əliyevin müəyyən etdiyi “Yeni Azərbaycan modeli”nin həyata keçdiyi dövrdür.

Samir Nuriyev sadiqliyi, peşəkarlığı, müasir düşüncə tərzi və idarəçilik bacarığı ilə dövlət rəhbərinin etimadını doğruldaraq Azərbaycan dövlətçiliyinin yeni nəsil idarəçilik fəlsəfəsini formalaşdıran məmur obrazını yaradır. Bu obraz  xalqına, dövlətinə və Prezidentinə sadiq, şəffaf, çevik və məsuliyyətli dövlət xadimi obrazıdır.

Nicat İsmayılov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see157

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see154

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see146

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri